İTİ BUCAQDAN

BƏRAHƏNİ VƏ FARS ŞOVİNİZMİ

Fars şovinizmi nədir? Onu hansı effektləri ilə tanımlamaq olar? Onun varlığını necə görüb hiss etmək olar?

Fars şovinizmi Bərahəninin simasında irançılığı və fars dilinin qonumunu göstərən bu iki cümləlik videodur. Fars şovinizmi, səni aşağılar və səni aşağılamaqla yenər.

Bərahəni fars şovinizminə yenilmiş nə ilk nə son Güneyli yazardır.

Fars şovinizmi doktor Bərahəninin estetik zövqünü, dəyərləndirmə meyarlarını deşifrə etmiş, onu çalmış, və onun özünə qarşı, dilinə, kimliyinə, milli dəyərlərinə qarşı kukla kimi danışdıran gücdür.

Doktor Bərahəni ömrünün sonlarına yaxın, az da olsa bu şovinistcə hisslərindən uzaqlaşa bildi, ancaq dilimizə qarşı bunca naiv, alçaldıcı, aşağılayıcı yanaşmasının yan etgilərindən, özəlliklə Türkcə yazmaqdan utanc duymasından qurtara bilmədi.

Doktor Bərahəni Türkcəni bilmədiyi, başarmadığı üçün deyil, Türkcəni ədəbiyyat dili səviyyəsində görmədiyi üçün, kətdi-kütdü dili sandığı üçün o dildə yaza bilmədi.

Rıza Bərahəni, bu danışığı örnəyində, iranda fars şovinizminin yetişdirdiyi iyirənc, ürəkbulandırıcı, zəhərli və insanlıq dışı “düşüncə” meyvəsinin canlı örnəyidir.

İranda, Türk olub farsca yazanlar, o ya bu nədənlə özlərini ovundarmalarına, işlərini tocih etmələrinə baxmayaraq fars şovinisminin caynağında olduqlarını bilməyənlərdir.

İranda Türk olub farsca yazan hər kəsin içində bu videoda gördüyünüz bir Bərahəni var.

Türk olub, farsca yazan hər kəs, fars dilinin Türkcədən üstünlüyünü uca səslə deməsə də, o ya bu dərəcədə bu dırnaq arası üstünlüyə inandığı üçün farsca yazır.

Fars şovinizminin vulqarlığını, aqressiyasını, təcavüzünü, əzici və aşağılayıcı basqısını sındıra bilən bircə yol var, o da farsca yazmamaqdır.

VİDEO: https://www.facebook.com/1660907106/posts/10223758738710708/?sfnsn=mo

Şərhlər bağlıdır.