FUNDAMENTAL TƏDQİQATLAR TOPLUSU

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının 28 oktyabr 2021-ci il, 7 saylı qərarı ilə  həmin ildə Bakıda “Elm” nəşriyyatında on cilldə nəşrə hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi”nin “Cənubi Azərbaycan ədəbiyyatı” adlı doqquzuncu cildi 1220 səhifə həcmində işıq üzü görmüşdür.

Əziz və dəyərli həmvətənlərimizin diqqətinə təqdim edilən on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin IX cildi Cənubi Azərbaycan ədəbiyyatını əhatə edir.

Problemlər konkret mərhələ və istiqamətlər üzrə öyrənilmişdir.

Akademik nəşrdə XIX əsr Cənubi Azərbaycan ədəbiyyatını meydana çıxaran sosial-siyasi və ədəbi-mədəni mühit, habelə dövrün maarifçilik hərəkatının təşəkkülü, inkişaf mərhələləri, maarifçi-realist ədəbiyyatın ideya-məzmun, dil və üslub xüsusiyyətləri tədqiqini tapmışdır.

Kitabda Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizə (1906-1920), milli müqavimət (1920-1941) dövrləri ədəbiyyatı elmi əsaslarla təhlil edilmişdir.

Azərbaycan ədəbiyyatı tarixinin “Cənubi Azərbaycan ədəbiyyatı”nı əhatə edən IX cildində İkinci dünya müharibəsi illərindəki milli hərəkatın istiqlal ədəbiyyatı (1941-1946), sonrakı illərin (1947-1979) ədəbi prosesi və İranda 1978-1979-cu illər inqilabından sonrakı yeni mərhələ, habelə dünyadakı Cənubi Azərbaycan mühacirətinin ədəbi fəaliyyəti təqdim olunmuşdur.

Fundamental tədqiqat işində hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və portret-oçerkləri verilmişdir.

Azərbaycan Demokrat Firqəsinin

Xəbərlər xidməti, 05.04.2022

Şərhlər bağlıdır.