“XOSROV VƏ ŞİRİN” YENİ TƏRCÜMƏDƏ İŞIQ ÜZÜ GÖRÜB

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – ölkədə elan olunmuş “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin ən irihəcmli əsəri – yeni filoloji tərcüməsi ərsəyə gətirilmiş “Xosrov və Şirin” poeması işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sovetlər dönəmində əsasən poetikliyə üstünlüyün verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilərək təhriflərə uğramış misilsiz Nizami yaradıcılığını, sətir və misralarının alt qatında yatan məna və hikmətlərini dəqiqliyi ilə əks etdirən kitab bu ölməz söz xəzinəsinin düzgün anlanması, daha dərindən tədqiq və təhlil edilməsinə kömək məqsədilə hazırlanıb.

Əsərin fars dilindən sətri tərcüməsinin müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçiddir.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.