TELEKOMMUNİKASİYA ŞİRKƏTİNİN ƏMƏKDAŞLARI ETİRAZA ÇIXIBLAR

Ərdəbilin Telekommunikasiya Şirkətinin əməkdaşları etiraz aksiyası keçiriblər.

Azerbaycanruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Ərədəbil əyalətinin Telekommunikasiya Şirkətinin təqaüdçüləri şirkətin inzibati binasının qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Aprelin əvvəllərində baş tutan aksiyaya qatılanlar təqaüdlərin və başqa ödənişlərinin verilməməsinə etiraz ediblər.

Təqaüdçülər bildiriblər ki, onsuz da az olan təqaüdlərinin və qanunla nəzərdə tutulan başqa ödənişlərin verilməməsi üçün şirkət rəhbərliyi müxtəlif bəhanələr uydurur.

Şərhlər bağlıdır.