“QARDAŞ” DEYİB “QARA DAŞ” OLAN İRAN!

“GENERALIN AZƏRBAYCANI HƏDƏLƏMƏSİ...”

İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumərs Heydəri qonşu ölkələrdən biri haqda hədə ilə danışıb. O, ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib. “Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, “qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb. Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirirdi.

Biz iki vacib və strateji şərt irəli sürdük: birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik. İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi”, – deyə general vurğulayıb.

Onun sözlərinə görə, İran regionda “sionist rejim”in fəaliyyətlərin müşahidəsinə davam edir.

Azerbaycan-ruznamesi.org həmin söhbəti dərc edir. Generalın təhdidlərinin real səbəbləri barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, iqtisadi sahədə tərəflərin əlaqəsi normal şəkildə irəliləyir:

“Türkmənistandan İrana göndərilən qazın Azərbaycan ərazisindən ötülməsi kimi müqavilələr var. Amma İranda İnqilab Keşikləri Qvardiyası, generallar Azərbaycana qarşı hədələyici çıxışlar edirlər. Bir müddət əvvəl İran İnqilab Keşikçilərinin Qvardiyasının videosu yayıldı.

Həmin materialda Azərbaycan və Türkiyə ərazisi təhdid altında idi və s. Dünən briqada generalı Əmir Kiuməs Heydəri Azərbaycanın ərazisinə qarşı iddialar səsləndirib.

Deyir, Azərbaycan ərazisində İsrail qüvvələri yerləşib. Guya, İran Azərbaycanla sərhəd ərazisində hərbi təlim keçirdikdən sonra Azərbaycan İsrail qoşunlarını çıxarıb. Yəni, ölkəmiz öz ərazisində fəaliyyətini İranın təhdidi ilə geri çəkib”.

Politoq İran hakimiyyətinin əsas qolu sayılan ordu generalının çıxışının  iki dövlət arasındakı münasibətlərə zidd olduğunuvurğulayıb:

“44 günlük müharibə zamanı ölkəmizə dair əks təbliğat aparması, Ermənistan ordusuna Rusiya ilə birlikdə yardım etdiyi üçün cəmiyyətimiz İrana etimad göstərmir. Belə şəraitdə prezident, ali rəhbərlər və s. Azərbaycanla bağlı xoş sözlər bildirməklə, etimad qazanmağa çalışdılar. Əmir Kuimərs Heydəri etimadın üzərinə kölgə salır.

İran tərəfi nə qədər üzümüzə gülsə də, şüuraltı şəkildə Azərbaycanı özünə düşmən görür.

“Qardaş” söyləsələr də, dəyişmirlər. Dar məqamda köhnə məqamları gündəmə gətirirlər. Prezindentimiz həmişə sülhməramlılar istisna, Azərbaycanda üçüncü ölkənin ordusu yoxdur deyə, diqqətə çatdırıb. İran müharibə dönəmində Ermənistana Qarabağdakı separatçılara göstərdikləri yardımı ört – basdır etməkdən ötrü hay-küylərdən yararlandı.

Sonra da atdığı addımların yanlışlığını anladı, diplomatik jestlərlə münasibətlərin bərpasına səy göstərdi”.

 

Şərhlər bağlıdır.