HƏMƏDANDA ƏKİNÇİLİK TEXNİKASININ VƏZİYYƏTİ

ÇOXU YARARSIZDIR

Məsələ ilə bağlı Həmədan əyaləti Kənd Təsərrüfatı Təşkilatının Mexanikləşdirilmiş Texnologiyaların İnkişafı Departamentinin rəhbəri Mehdi Cahangiri məlumat verib.

Mehdi Cahangiri Saleh əyalətdə kənd təsərrüfatı və əkinçilik texnikalarının yarıdan çoxunun köhnə və istifadəyə yararsız durumda olduğunu deyib.

O, Həmədan əyalətində əkin torpaqlarının 90%-dən çoxunda kənd təsərrüfatı işlərinin mexanikləşdirilmiş şəkildə aparıldığını deyərək, yeni texnikaların olmamasını bu sahədə ciddi problemlər yaratdığını söyləyib:

“Əyalətin meyvə bağlarında mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin əkin sahələrinə nisbətən az olması əyalətin bu sahədə çalışan təsərrüfatçılarının əməklərinin qarşılığını ala bilməmələrinə səbəb olur”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.