Çin Hərbi Hava Qüvvələrinə məxsus 30 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə “Reuters” məlunat yayıb.
Qeyd olunur ki, təyyarələr arasında iki uzaqmənzilli radar aşkarlama və idarəetmə “KJ-500”, səkkiz “J-11” qırıcısı, altı “J-16”, dörd “J-10”, iki “Su-35” qırıcısı, iki “Su-30” və altı “Y-8” olub.
Tayvan yanvar ayından bəri Çin hava qüvvələri tərəfindən ölkənin hava hücumundan müdafiə zonasına hücum edildiyini bildirib.
Son iki il ərzində Tayvanın Çin hava qüvvələrinin adanın yaxınlığında təkrar döyüş əməliyyatlarından şikayət etdiyi bildirilir.
Tayvan bu döyüşlərin məqsədlərini adanın qüvvələrini məhv etmək və onların reaksiyasını yoxlamaq cəhdləri adlandırıb.
Tayvan Müdafiə Nazirliyindənverilən məlumata görə, Çinin son missiyasına 22 döyüş təyyarəsi, həmçinin elektron müharibə, erkən xəbərdarlıq və sualtı qayıqlara qarşı təyyarələr daxildir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Çinin hücumu zamanı Tayvanı qorumaq üçün silahlı qüvvələrdən istifadə etməyə hazır olduğu bildirilmişdi.
Şərhlər bağlıdır.