QAZAXISTAN PREZİDENTİ NİYƏ RUSİYA ORDENİNDƏN İMTİNA ETDİ?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna səfəri çərçivəsində Rusiyanın Aleksandr Nevski ordenindən imtina edib.
Rbc.ua-nın məlumatına görə, Rusiya tərəfi Tokayevi adıçəkilən ordenlə təltif etməyi təklif edib və rədd cavabı alıb.
Qeyd edilib ki, Tokayev prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarına gəlib.
Tokayevin mətbuat katibi bu məlumatı təsdiqləyib.
Xatırladaq ki, Aleksandr Nevski ordeni 1942-ci ildə təsis edilib və Rusiya ilə əməkdaşlığın inkişafındakı xidmətlərə görə əcnəbilərə verilir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.