VİDADİ MUSTAFA YAZIR:
"İRAN ÖZ VƏTƏNDAŞLARINA SƏRBƏST TOPLAŞMAQ HÜQUQUNDAN İSTAFADƏ ETMƏYƏ İCAZƏ VERMİR"
İşğalçı Ermənistanın Azərbaycana qarşı 2020-ci ilin iyul ayının 12-15-də baş vermiş və layiqli cavabla qarşılanmış növbəti hərbi təxribatı dünyada haqq və ədalət tərəfdarı olan insanların, sosial qüvvələrin, regional və beynəlxalq qurumların narahatlığına səbəb olmuş və onlardan bir çoxu Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləmişlər. İran vətəndaşı olan etnik azərbaycanlılar da soydaşlarının yeni tarixi sınaq günlərində onlarla həmrəy olduqlarını bildirirdilər. Onlar öz həmrəyliklərini dünyaya göstərmək üçün İranın Əsas qanunun 27-ci maddəsinə (İslamın əsaslarına xələl gətirmədən silahsız yığıncaqlar və yürüşlər keçirmək azaddır) istinad edərək Təbrizdə Azərbaycan konsulluğu və Tehranda Ermənistan səfirliyi qarşısında dinc aksiya keçirməyi planlaşdırırdılar.
Həmin xəbər yayılan kimi dərhal təhlükəsizlik qüvvələri hərəkətə keçmiş və Azərbaycan ostanlarının anti milli-mədəni saytları həmin aksiyaya qarşı geniş təbliğat kampaniyasına başlamışlar.Onlar bəri başdan aksiyada iştirak etmək istəyənləri etnik millətçi\qövmgəra və separatist adlandırırdılar.
İran azərbaycanlıları İranın Ermənisttanı bütün sahələrdə dəstəkləməsi, xüsusən birinci Qarabağ müharibəsi zamanı məhv olmaqdan xilas etməsi, eyni zamanda İranda məskun olan bir ovuc erməni üçün hər cür siyasi, mədən, dini şərait yaratması və bunun müqabilində çoxmilyonluq bir xalqın Konstitusiya ilə nəzərdə tutulan haqqını belə tapdalamağından təbii və haqlı olaraq narazıdırlar.
Həmin narazılığı aradan qaldırmaq üçün qeyd edilən saytlarda Birinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycana canlı qüvvə, hərbi texnika və humanitar sahələrdə “yardım”ından geniş danışılır.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Azərbaycanın bir çox adı olub özünü heç kimin tanımadığı bir sıra təşkilatlar bir neçə il idi ki, Şuşa şəhərinin süqutu günü İrana gedərək oradan “dəstək” alırdılar.Yəni Cənubi Azərbaycanın bəzi şəhərlərində elmi j konfranslar keçirilir, orada Qarabağın “İslam torpağı” bəzən də Azərbaycan torpaığı olması barədə fikirlər səsləndirilirdi.Bunu “bizimkilər” düşmən üzərində növbəti informasiya qələbəsi elan edirdilər.Əslində isə konfranslara və ya digər görüşlərə toplaşanlar yerli əhali olduğundan, toplantılarda əsasən İranın Azərbaycana yardımlarından danışılırdı və yerli əhalinin İranın Ermənistana kömək etməsi haqqında təsəvvürlərini dəyişməyə çalışılırdı.
Həmin dəsti xətt son günlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı İranda yaranmış mənəvi-psixoloji durumu dəyişmək üçün yenidən özünü göstərməyə başlamışdır.
Sonuncu dəfə belə bir yazı 18 iyul2020- ci il tarixində yenə də məşhur”anaj”saytında meydana gəlmişdir.Yazıda Nuh əyyamında (Birinci Qarabağ müharibəsində) İranın Azərbaycana ümumi sözlərlə hərbi və humanitar yardımindan danışılır.
Bu barədə, adətən, özlərinin dediklərinə inansaq, Azərbaycan ordusunda müşavirlik etmiş şəxslərin xatirələrini nəşr etməklə kifayətlənirlər.
Onlardan biri,Rəhim Noui Əqdəm sayta danışıb ki, iki briqada Azərbaycan hökumətinə xəyanət etdiyindən Mil-Muğan bəndinin geri alınmasına dair planlaşdırılmış hərbi əməliyyatı yerinə yetirmək mümkün olmadı .Belə olan halda həmin şəxs,sepah generalı 11 Parsabadlı “bəsiclə” bəndi ermənilərdən geri alıb. Buna görə Azərbaycan prezidenti onu gılncı formasında olan “qələbə”nişanı ilə təltif edib.
Həmin müşavirlərdən digəri, Mehdiqulu Rezai İran azərbaycanlılarının milli-mədəni hüquqlarının qatı düşməni olan “anaj” saytına danışıb ki, ermənilər Şuşa tərəfdən Aslanduz(?),Fizuli,Ağdam,İmişli və Sabirabada(?) qədər irəliləmişdilər.İran rəhbərliyi və xalqı dərhal Arazın o tayındakı qaçqınlar və mülki insanlar haqqında düşünməyə başladılar.İlk addım kimi ermənilərin irəliləməsinin qarşısını almaq, sonra qaçqınların vəziyyəti haqqında düşünmək lazım idi. Belə bir şəraitdə onlar Aslanduz(?) və Parsabada(?) hərəkət edib Mil-Muğan bəndinin o tərəfində ermənilərlə üz-üzə gəliblər. Davam edərək deyir ki, İran qüvvələri bir neçə planlaşdırma işi yerinə yetirdilər.Eyni zamanda onlar Azərbaycanda İranda olan “Bəsic” –xalq qoşunu- nümunəsində xalq batalyonları yaratmaqla məşğul idilər.Belə planlaşdırılırdı ki, həmin qüvvələr İrandan(?) keçərək Xudafərin istiqamətindən Azərbaycana girib Şuşa istiqamətində və oradan Gəncəyə(?) qədər əməliyyatları genişləmdirərək Qarabağı(?) mühasirəyə alıb işğaldan azad edərlər.Lakin Azərbaycan hökumətinin passivliyi həmin planın həyata mkeçirilməsinə mane oldu.
Mehdiqulu Rezai İranın canlı qüvvə sarıdan köməyi barədə bir söz demir.Onlar ermənilərlə üz-üzə gəlındə neçə nəfər idilər, toqquşmanın nəticəsi nə oldu,məlum deyil.Lakin o, Azərbaycan hərbi hissələrinin bəzilərində olan əyər-əskiklərdən-zabit çatışmazlığından, bəzi kiçik komandirlərin hərbi savadının olmamasından, eyni zamanda bəzi cahil əsgər və zabitlərin əhval –ruhiyyəsindən gen-bol danışır.Məsələnin həmin cəhəti o günkü və bugünkü Azərbaycan ordularını müqayisə etmək üçün maraqlıdır.
Qeyd edildiyi kimi, hərbi müşavirin əsas vəzifəsi “xalq batalyonları” təşkil etmək idi.Natiq neçə belə batalyon yaradılması haqqında bir söz demir.Bununla belə, həzərdə tutulan və tutaq ki, təşkil edilmiş həmin qüvvələrin Qarabağı azad edə biləcəyi haqqında indi bir söz demək mümkün olmasa da, aydın görünür ki, İran Azərbaycanda özünə hərbi dayaq yaratmaqla məşğul imiş və həmin qüvvələr yaradılsa və hər hansı bir rayonda müəyyən uğur qazansa idi, Azərbaycan ermənilərlə qarşıdurma ilə yanaşı molla rehiminin tərəfdarları ilə qarşıdurmaya da cəlb olacaqdı. Belə olan halda nəinki Qarabağı geri qaytarmaq mümkün olmazdı, əksinə Azərbaycanda İran yönümlü, onun əlaltıları tərəfindən idarə olunan bir bölgə də yaranardı. Azərbaycan Qarabağdan əlavə daha bir bölgəsini itirə və mövcudluğu üçün son dərəcə ciddi təhlükə yaranmış olardı.İran o günlərdə Azərbaycana yalnız insani, humanitar, islami həmrəylik mövqeindən kömək etməklə məşğul deyildi, həm də kömək etməklə yanaşı ona qarşı indi məzmunu və mahiyyəti haqqında dəqiq fikir demək çətin olan planları olduğunu iddia etmək olar. Deməli, Azərbaycan hökuməti passivlik göstərməklə özünü “dost” İranın şərindən güclə xilas edə bilib.
İranın köməyinə gəlincə, əgər İranda nəşr olunan materiallara inansaq, 1993- cü ilin sonlarında Azərbaycan ordusunda bir neçə hərbi müşavir olmuş,30-40 nəfər “könüllü” döyüş bölgəsində hərbi əməliyyatlarda iştirak etmişdir. Buna qədər könüllü ifadəsini hərfi mənada başa düşürdük.Yəni İrandan kimlərsə öz istəyi ilə gəlib Azərbaycana kömək edib .Lakin indi məlum olur ki, ictimai həyatın bütün sahələrinə hərtərəfli nəzarət edən İranda kimsə özbaşına gəlib Azərbaycanda hərbi əməliyyatlarda iştrak edə bilməzdi.Həmiin “könüllülər” İranın İslam İnqilabı Keşikçiləri Korpusunun(əslində mükəmməl bir ordu olan və rejimi və ona başçılıq edən ruhanilərin hakimiyyətini qorumaq missiyası yerinə yetirən və bunun müqabilində çox böyük maddi və siyasi imtiyazlar əldə etmiş bir hərbi-siyasi və ideoloji bir qurum olan SEPAH) ehtiyat qüvvələri hesab edilən və Bəsic adlandırılan yarım hərbi qurumundan seçilmiş, xüsusi təlim görmüş və müəyyən vəzifə yerinə yetirən şəxslər idi.Onlar döyüşlərdə iştirak etməklə yanaşı, bizim dəqiq bilmədiyimiz, lakin asanlıqla ehtimal edə biləcəyimiz, vəzifə yerinə yetirirdilər.
Hərbi yardıma gəlincə, İran İslam Respublikasının Azərbaycana hərbi-texniki yardımı Azərbaycana SATDIĞI 20 mln dollarlıq silah-sursatdan ibarət idi.Dollarla satılan silah sursatı İran mediyası hərbi-texniki yardım kimi qələmə verir.
Buradan belə sual doğur.Birinci Qarabağ müharibəsi zamanı Azərbaycana hər cür yardım göstərmiş İran, niyə bu gün:
1.Rəsmi şəkildə Ermənistanı təcavüzkar adlandırmır
2.Niyə Azərbaycana öz hərbi maddi yardımını təklif etmir.
Niyə öz vətəndaşlarına adi bir aksiya keçirməyə icazə vermir.
O günlərdə Azərbaycana “arxa-dayaq” olan İrana bu gün nə olub görəsən.
Mövqei niyə belə kəskin dəyişib, silahla kömək edən İran indi BİRCƏ sözlə də yardım etmək istəmir.
İyul 2020
Şərhlər bağlıdır.