BABƏK – AZƏRBAYCAN TÜRKÜNÜN MİLLİ QƏHRƏMANI

İyul ayının 8-də Clubhouse vasitəsilə Azərbaycan Demokrat Firqəsinin Təbriz vaxtı ilə saat 19-30-dəqiqədə növbəti canlı konfransı keçirildi. Konfransın məruzəcisi doktor Məhəmməd Rza Bağban Kərimi idi. Tədbiri admin Rəhim Şəhbazi, Qadiri və Səriyyə xanım idarə edirdi.

“Babək Azərbaycan türkünün milli qəhrəmanı” adlı tədbirin igidin doğum həftəsinə təsadüf etməsi onun əhəmiyyətini bir qədərdə artırırdı.

Auditoriya Azərbaycan Demokrat Firqəsinin vasitəsilə bir çoxlu alim, milli və mədəni faəlları öz ətrafına toplamışdı. Seminarda ADF-nin sədri Rəhim Hüseynzadə, partiyanın beynəlxalq əlaqələr məsulu və sədr müavini Abdulla Əmir Haşımi Cavanşir, Mərkəzi Komitəsinin üzvü Səriyyə xanım Ərdəbilli, ABŞ Komitəsinin məsulu Rəhim Şahbazini, firqə fəallarından İsmayıl Xosrovşahini bu auditoriyaya cəlb etmişdi.

Konfrans Azərbaycan Milli Hökumətinin himni ilə başladı. İ.Xosrovşahi himni canlı ifa etdi. Sonra doktor Bağban Kərimi haqqında Səriyyə Ərdəbilli otaq iştirakçılarına məlumat verdi. O, doktor Bağbanın milli, mədəni və tədqiqat işləri barədə, yazdığı məqalələri və işıq üzü görən kitabları haqqında otaq iştirakçılarına yığcam məlumat çatdırdı. Nəhayət doktor Bağban otaqda məruzəyə başlayaraq, 1200 il öncə Azərbaycan türk xalqının milli qəhrəmanı Babək barədə müxtəlif tarixçilərin yazdığı əsərlərdən sitatlar gətirdi. O, Babəkin Azərbaycan xalqına mənsub olduğunu, bu torpağda boya-başa çatdığını və həmin dövrdə ərəb işğalıçılarına qarşı 22 ildən artıq böyük mübarizə savaşı apardığı barədə konkret mənbələrə əsasən söhbət açdı. Tarixçilərdən Yəqubi, Cəriri Təbəri, Xacə Nizamül Mülkdən statlar gətirdi, maraqlı məlumatları dinləyicilərin nəzərinə çatdırdı.

Doktor Bağban bir saatdan artıq çıxışında Babəkin adı, mübarizə amaclarının məqsədi və şəxsiyyəti barədə bir çox fars, rus, kürd və erməni tarixiçilər tərəfindən təhrif edilməsini faktlarla sübuta yetirdi, Babəkin Xəzər imperatorların Azərbaycanın cənub və şimal hissələrində ərəblərə qarşı müqavimətinin ardıcıllığı və yoluna davam etməsi barədə geniş məlumatlar verdi. O, xüsusilə təkid etdi ki, Babək öz dövrünün və Azərbaycan türk ellərinin mədəniyyət və tarixinin davamçısı olaraq, açıq fikirli, dünya görüşlü, təbiətə və cəmiyyətə obyektiv baxışlı, zorakılığa və işğalçılığa qarşı ciddi mübariz fikirli, azadlığı tərənnüm edən böyük bir şəxsiyyət, xalqının həqiqi təmsilçisi olmuşdur.

Çıxışcı təkid etdi ki, Babək nə Sasanilərin bərpası, nə Məzdək dinin təbliği, nə də fars hökuməti qurmaq üçün savaşmamışdır. Ancaq onun savaşı Azərbaycan torpaqlarının Bəni Abbasi istilaçılarından azad etmək, Azərbaycan torpağını və xalqını işğaldan qurtarmaq idi. Doktor Bağban söhbətlərinin davamında Babəklə birlikdə vuruşan sərkərdələrinin adını və bioqrafiyalarını otaq iştirakçılarının nəzərinə çatdırdı. Onların əksəriyyətinin türk sərkərdələri olduqlarını xüsusi qeyd etdi. O, təkid etdi ki, Tərxan, Aytək, Soltəkin, Ərşik, Azı kimi, Babəklə birlikdə vuruşan Azərbaycan türk sərkərdələri heç vaxt fars, kürd və ya başqa etniklərdən ola bilməzdi. Baxmayaraq ki, xalqımız o dövrdə islama könüllü rəğbət göstərib, islam dinini qəbul etmişdi. Lakin Babək, islamçılıqla heç vaxt düşmənçilik aparmamış, ancaq Abbasi xəlifələrin zülm və işğalına qarşı vuruşmuş və bu yolda Dərbənddən Həmədana qədər döyüşmüş və son damla qanı ilə xalqımızın azadlığı yolunda qəhrəmanlıq göstərmişdir. Belə ki, Babəkin əsrlər boyu qaldırdığı al bayraq və qızıl baş ordusu, Şah İsmayıla, Seyid Cəfər Pişəvəriyə və başqalarına örnək olaraq, dövlətçiliyimizin bərpasında ilhamverici rol oynamışdır. Son on illərdə də hər il iyul ayının birinci həftəsi Babək həftəsi adlanaraq, Kəlibərdə yerləşən Babək qalası, Güney Azərbaycan türklərinin ziyarət məkanı olmuş və Babək naminə işğalçılığa qarşı and ocağına çevrilmişdir.

Konfransın gedişində alimlər Babək haqqında danışdılar. Suallar verildi və doktor Bağban öz münasibətini cavabları ilə bildirdi.

Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşirin otağın yekun söhbətində məruzəcini belə mənalı mətnə görə təbrik etdi. Babəkin milliyəti. mənşəyi, mübarizə hədəfləri və tariximizdə qoyduğu əhəmiyyəti, dilimizdə, dinimizdə, mədəniyyətimizdə, tariximizdə qoyduğu izləri bu gün də aktuallığını itirmədiyini xüsusi qeyd etdi. O, Güney Azərbaycanın milli-azadlıq qurtuluşunda Babəkin ruhunun hər an xalqımızın başı üstə dayandığını ilhamverici olduğunu qeyd etdi. Azadlığa, işğalçılığa, əsarətə son qoymaq üçün Babəkin mübarizə simvoluna çevrilməsini Cavanşir bəy xüsusi təkid etdi.

Dörd saatdan artıq davam edən konfrans Azərbaycan Dövlət Himni ilə başa çatdı.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.