İSFAHANLI MOLLA: “AZƏRBAYCAN RƏQSİ İNSAN TƏRBİYƏSİNƏ UYĞUN DEYİL”

Azərbaycanın Güneyinin məktəblərindən birində oxuyan azyaşlı qızın Azərbaycan rəqsini ifa etməsi sosial mediada böyük maraqla qarşılanıb.

İsfahan əyalətinin Əxlaq Polsisinin rəisi Əhməd Abdullahinejad buna münasibət bildirib.

“Azərbaycan rəqsi insan tərbiyəsi üçün heç nə vəd etmir.

Məsələnin dini və qanuni tərəfini belə nəzərə almasaq məktəb məsulları nəyi harada etmək lazım olduğunu, uşaq və yeniyetmələrin tərbiyəsi ilə necə məşğul olmağı başa düşməlidirlər”, – deyə o, özünün tvitter hesabında etdiyi paylaşımda yazıb.

Abdullahinejad məktəb rəhbərliyini ağır formada təhqir edərək onların bu işə yaramadıqlarını deyib.

“Əgər onlar bu işləri davam etdirməkdə israrlıdırlarsa o zaman onlara daha fərqli bir yer seçməli və məşğul olmaları üçün bir neçə dördayaqlını tabeliklərinə vermək lazımdır”, – deyə isfahanlı molla bildirib.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/1356611578165417/?extid=NS-UNK-UNK-UNK-AN_GK0T-GK1C-GK2C

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.