İsveçdə, İran rejiminin saysız-hesabsız qətllərini törədənlərdən biri Hamid Nuri 1988-ci ildə qətliamda iştirak cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Cümə axşamı keçirilən mətbuat konfransında məhkəmənin hakimləri 1988-ci ildə siyasi məhbusların öldürülməsi zamanı böyük cinayətlərin törədildiyini və edamların ədalətsiz və qəbul edilmiş məhkəmə prinsiplərinə zidd həyata keçirildiyini açıqlayıblar.
Nuri məhkəmədə bu edamlarda heç bir rolunun olmadığını və şəxsiyyətinin başqası ilə səhv salındığını iddia etmişdi.
Amma məhkəmə bəyan edib ki, araşdırmalar onun şəxsiyyətinin düzgün müəyyən edildiyini və edamlarda iştirak etdiyini göstərir.
isveç hakimləri də prokurorların Nurinin 1988-ci il edamlarında mühüm rol oynaması ilə bağlı arqumentlərini təsdiqləyiblər.
Həmid Nuri ləqəbli Abbasi (9 noyabr 2019-cu il) İsveçin Arlanda hava limanına daxil olduqdan sonra həbs edilib.
Nurinin hökmü açıqlananda 1988-ci il edamlarından sağ çıxan onlarla insan və qətl olanların ailələri məhkəmənin qarşısına toplaşıb.
Bu rejimdə əzizini itirən hər kəsi təbrik edirəm. Ümid edirəm ki, Həmid Nurinin məhkum olunması sizin üçün bir az təsəlli olar. Sağ qalın, bütün hakim cinayətkarların məhkəməsini görmək ümüdilə.
Səriyə Ərdəbilli
Şərhlər bağlıdır.