İRAN VƏ RUSİYA SWİFT-Ə BƏNZƏR MALİYYƏ SİSTEMİ YARADIR

İran və Rusiya SWIFT-ə bənzər banklararası ödəniş sisteminin yaradılması üzərində işləyir. Bunu bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib. Onun sözlərinə görə, hər iki ölkə belə sistemin bir versiyasını təklif edib.

“İndi biz praktiki olaraq çox yaxşı razılaşma əldə etmişik, bunun əsasında iki ölkə arasında valyuta əməliyyatları apara bilərik”, – deyə Səfəri qeyd edib.

O, təkliflərin təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, martın 12-də SWIFT Rusiyanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara məruz qalan Rusiya banklarına xidmət göstərməyi dayandırıb. Rusiya Hindistana SWIFT-in analoqundan istifadəni təklif edib və bu təşəbbüs İranla da müzakirə olunub.

Mütəxəssislər hesab edirlər ki, SWIFT-in rusiyalı əvəzlənməsi yalnız daxili əməliyyatları idarə edəcək.

“Kommersant” yazır ki, iyun ayında “Rostec” SWIFT-i əvəz edəcək blokçeyn platformasını təqdim edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.