AVQUSTUN 13-DƏ CLUBHOUSE-DƏ CANLI SEMİNARDIR

AVQUSTUN 13-DƏ CLUBHOUSE-DƏ CANLI SEMİNARDIR

Mövzu: Məşrutə armanlarından Urmu gölünün faciəsinə qədər

Əziz tamaşaçılar, avqustun 13-də clubhousedə Azərbaycan Demokrat Firqəsinin mövzusu belədir: Məşrutə armanlarından Urmu gölünün faciəsinə qədər. Tarixçi,tədqiqatçı Dr.Bağban Kəriminin çıxışında mövzu ətraflı araşdırılacaq.

Tədbir ADF-nin ABŞ-daki məsulu Rəhim Şahbazinin adminliyi ilə aparılacaq. Ona eyni zamanda firqənin xarici ölkələrlə əlaqələr şöbəsinin rəhbəri Abdulla Əmir Haşimi Cavanşir, ADFMK-nın üzvləri Pərviz Kazımi, Səməd Bayramzadə, Səriyə Ərdəbili və başqaları kömək edəcəklər.

13 avqust, 2022 -də Washington DC vaxtı ilə saat 11:45-də,Təbriz vaxtı ilə saat 20:30-da və Baki vaxtı ilə saat 20:00-da, həmçinin Ankara vaxtı ilə saat 19:00-da və Avropa vaxtı ilə saat 18:00-da baş tutacaq konferansa bütün firqə üzvlərinin, təəssüfkeşlərin, qoşulmalarını rica edirik. Tədbirin gedişini firqə sədri Rəhim Hüseynzadə də izləyəcək.

Azərbaycan Ruznaməsi,

Azərbaycan Demokrat Firqəsinin organı

https://azerbaycan-ruznamesi.org/

Şərhlər bağlıdır.