“HATƏM TAYİ – YAZILI DASTAN ABİDƏSİ”  NƏŞR EDİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun “Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlunun “Hatəm Tayi – yazılı dastan abidəsi” (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası) kitabı çapdan çıxıb.

Kitabda müsəlman-şərq aləmində məşhur olan “Hatəm Tayi” dastanının Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunub.

Qeyd edək ki, yeni nəşrin redaktoru aparıcı elmi işçi Arif Ramazanov, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarovdur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.