BMT QƏRARGAHININ ABŞ-DAN KÖÇÜRÜLMƏSİ TƏLƏB EDİLİR

BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsi məsələsi müzakirə olunur.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr” jurnalına bildirib.

Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkda keçirilən iclaslarında təkcə Rusiya deyil, həm də digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş ölkələr də iştirak edə bilmir.

“Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, – Drobinin vurğulayıb.

Rusiya XİN rəsmisi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir.

2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.

Şərhlər bağlıdır.