İran hakimiyyəti Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində təşkil etdiyi qondarma referendumları tanımadığını bəyan edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani açıqlama yayıb.
“İslam Respublikası həmişə olduğu kimi və prinsipial mövqelərinə uyğun olaraq beynəlxalq hüququn əsas norması kimi bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır”, – Kanani bildirib.
O əlavə edib ki, İran “sülhün, sabitliyin və əmin-amanlığın gedişatını poza biləcək hər hansı təxribatçı hərəkətlərə” qarşıdır.
İran Rusiyanın azsaylı müttəfiqlərindən biridir ki, Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına kömək edir. Xüsusilə, Tehran rus ordusunu Ukrayna müdafiəçilərinin cənubda müntəzəm olaraq vurduğu pilotsuz təyyarələri ilə təmin edir.
Bununla belə, İran Rusiyaya pilotsuz uçuş aparatları verməsini inkar edir.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya Federasiyasınınprezidenti Vladimir Putin Kremldə ruslara müraciət edərək, Ukraynanın işğal olunmuş 4 vilayətinin ilhaqını elan edib.
Azerbaycan-ruznamesi.org-dan: deyəsən İran çətinliyə düşən kimi ehtiyatını götürür.
Şərhlər bağlıdır.