İRANLI “EKSPERT”: “BAKI BU GÜNLƏR ANTİ-İRAN FİTNƏ OCAĞINA ÇEVRİLİB”

İRANLI “EKSPERTDƏN” NÖVBƏTİ HƏDYAN

“Bakı bu günlər anti-İran fitnə ocağına çevrilib.

Bu fikirləri daim anti-Azerbaycan mövqeyi ilə gündəmə gələn Ehsan Muvəhhedian adlı iranlı “siyasi şərhçi” bu dəfə də öz Tvitter hesabında deyib.

O daha sonra bunları bildirib: “İsrail müdafiə nazirinin səfərindən və Dövlət Sərhəd Xidmətinin rəisi ilə müfəssəl danışıqlardan sonra indi də Səudiyyə Ərəbistanının xarici işlər naziri Bakıya gedib. İranda qeyri-sabitliyin azalması və Yəməndə atəşkəsin başa çatmasının mənfi nəticələrindən narahatlıq Bin Salmanı da İsrail kimi İranı incitmək üçün Bakı ilə danışıqlar aparmağa sövq edib! Nə vaxta qədər buna göz yummalıyıq?”.

Natiq Səlim

Şərhlər bağlıdır.