Hörmətli vətəndaşlar və əziz izləyicilər, ölkə daxilindən aldığımız xəbərlərə əsasən, rejim milli və mədəni fəallara, o cümlədən, Azərbaycan Demokrat Firqəsinin azarkeşlərinə zəng vurur, onları İttilaata (Savamaya)çağırır. Təbii ki, İran rejimi ölkədə mövcud olan iqtisadi, siyasi böhranlardan irəli gələn etirazlar qarşısında dayana bilmir və nəticədə təzyiqi günü –gündən artırır. Təcrübə göstərir ki, təzyiq İran kimi çox millətli bir ölkədə nəticə verəsi deyil və millətləri mərkəzi dövlətlə üz-üzə qoymaqdan başqa bir səmərəsi yoxdur.
Rejim 43 ildir ki, ancaq vədə vəid verir və heç bir iqtisadi, ictimai, siyasi problemlərin həlli üçün addım ata bilmir. Bir çoxları sanksiyaları səbəb görür. Lakin İran rejimi hakimiyyətə gələndən bu günədək, özünün qəbul etdiyi konstitusiyanın qanunlarını yerinə yetirməkdən acizdir. Ölkədə büdcənin necə xərcləndiyi kimsəyə məlum deyil. Triliyardlarla oğurluqlar aşkar olunur. Lakin kimsə cəzalandırılmır. Ölkədə ictimai nəzarət sıfır dərəcəsindədir. Heç bir partiyaya fəaliyyət icazəsi verilmir. Heç bir müxalif qazet, jurnal, radio, televizaya verilişlərinə icazə verilmir. Heç bir sinfi təşkilat, mədəni qurum, dərnək fəaliyyət göstərə bilmir. O cümlədən, Azərbaycan Demokrat Firqəsi ki, inqilabdan müdafiə etdi, lakin çox az müddət inqilabdan keçmədən fəaliyyətinə qadağa qoyuldu. Bu günədək firqə üzvləri təqibə, təzyiqə və həbsə məruz qalıblar. Son günlər 12 şəhrivər (3 sentyabr) Azərbaycan Demokrat Firqəsinin 77-ci il dönümü münasibətilə bir neçə şəhərlərdə firqə fəallarının yığıncaqlarına rejim tərəfindən hucum olmuş və onlardan bir neçəsini də İttialata çağırmışlar. Bu günə qədər də onların taleyindən heç bir xəbər yoxdu.
Əziz dinləyicilər, biz dəfələrlə qeyd etmişik ki, bu kimi diktatorluqla, şovinisti, asimlasiya və irqiçilik siyasətinə arxalanıb, ölkəni idarə etmək mümkün olmayacaq. Rejim nəhayət xalqların qiyamı ilə üzbəüz qalacaqlar. Azərbyacan Demokrat Firqəsi, Azərbaycan xalqının zəngin keçmişinə arxalanaraq, İran rejiminin Azərbaycan xalqına qarşı tutduğu zidd insani siyasətini məhkum edir və rejimi Azərbaycan xalqının aktual məslələrinin həllinə fikir verməyə çağırır. Azərbaycan Demokrat Firqəsi dəflərlə təkid edib ki, Urmu gölünün qurmasının qarşısı alınmalıdır. Azərbaycanda milli eitim sistemi qurulmalıdır və “türk dilində mədərəsə, olmalıdı hər kəsə”. Bahalığa, işsizliyə, evsizliyə son qoyulmalıdır. Azərbaycanı talayıb misin, qızılın, ağacın, yeraltı və yerüstü sərvətlərinin qarətinə son qoymalıdır. Azərbaycanda xalqın gün-güzarına, firavan yaşamasına, azadlığına diqqət yetirib, xalqa qarşı maneçilik törətməməlidir. Son iki ayda rejim, əxlaq polisi tərəfindən hicab məsləsini bəhanə edib, vətəndaşlarının xüsusi həyatlarına həddindən artıq müdaxilə edib, onları tutub insanların gözü qarşısında döyüb, həbs edirlər. Bu kimi çirkin hadisələr dözülməzdi. Azərbaycan Dcemokrat Firqəsi qətiyyətlə milli fəallara qarşı, əhaliyə qarşı hər hansı təzyiqləri məhkum edir.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi
Şərhlər bağlıdır.