TEHRAN HƏBSXANASINDA QIYAM BAŞLAYIB, REJIM MƏHBUSLARI QƏTLƏ YETIRIR

İranın paytaxtındakı Tehran şəhərində yerləşən “Evin” həbsxanasında məhkumlarla həbsxana nəzarətçiləri arasında toqquşma olub.

Azerbaycan-ruznamesi.org  güneyli fəal Rəhim Sulduzluya istinadən xəbər verir ki, məhbuslar həbsxananın geyim anbarını yandıraraq ərazidə yanğına səbəb olublar.

Qiyamı yatırmaq üçün müvafiq güc qurumları həbsxanada məhkumlara qarşı əməliyyat keçirib və bir neçə məhbus qətlə yetirilib.

Tehran sakinləri rejimin məhkumlara qarşı qətlinə mane olmaq üçün həbsxana önünə yürüş ediblər.

Şərhlər bağlıdır.