TƏBRİZ BİZİM İDİ, BİZİM OLACAQ!

Zərəngiz Dəmirçi

Qayalı Beynəlxalq Mahmud Kaşğari
Mükafatı laureatı

 

Farsın ağasına ismarıcım var,

Təbriz bizim idi, bizim olacaq!

Eşitsin sözümü millətlər, xalaqlar,

Təbriz bizim idi, bizim olacaq!

 

Babəkin müəzzəm qalası burda,

Cavanşir, Alparslan qalıblar darda,

Xəyalım çırpınır Savalanlarda,

Təbriz bizim idi, bizim olacaq!

 

Farsın törəməsi, tör-töküntüsü!

Dəysin tamahına Tanrı törpüsü,

Taleyimdir Xudafərin körpüsü,

Təbriz bizim idi, bizim olacaq!

 

Şəhriyar Vurğunu çağırdı burda,

“Yatmış vulkan!”-dedi qalıbdı darda!

Ey qadir Allahım, sən yetiş dada!

Təbriz bizim idi, bizim olacaq!

 

Həkəri hönkürər, Bərgüşad çağlar,

Göy göl lal olubdur, Qarqarım ağlar,

Kür-Azaz qovuşar, əhd-peyman bağlar,

Təbriz bizim idi, bizim olacaq!

 

Anam Xəzər, sahillərin çil-çıraq,

Hayqırram, dünyaya salaram soraq,

İgidlərin köksü üçrəngli bayraq,

Təbriz bizim idi,  bizim olacaq!

 

Gəlin duvaqlıdır ana Təbrizim,

Sirli-soraqlıdır ana Təbrizim,

Doğma elim-obam, bu yurdlar bizim,

Təbriz bizim idi, bizim olacaq!

 

Zərəngiz, oğullar eşqinə güvən,

Səttar xan, Bağır xan məşqinə güvən,

Tanrının rəhminə, şükrünə güvən!

Təbriz bizim idi, bizim olacaq!

 

Təbrizim

 

Əfsanələr şəhərisən, Təbrizim!

Pərvanələr şəhərisən , Təbrizim!

Gözəl gözlərindən tarix boylanır,

Dürdanələr şəhərisən, Təbrizim!

 

Uca Savalanın boynuna dolan,

Dağların, bağların yamyaşıl orman,

Ana sevgisiylə sən də alış-yan,

Üzü nurlu bir pərisən, Təbrizim!

 

Suyun bal, havan saf, torpağın dürdür,

Ellərin vüqarlı, şahanə, məğrur,

Gündoğandan ta günbatan tanıyır,

Sən dünyanın gövhərisən, Təbrizim!

 

Savalandan, Səhəndimdən yadigar,

Gülər sözlü, ağlar gözlü, Şəhriyar,

Çox salamlar söyləmişdir Bəxtiyar,

Xoş xəbərlər şəhərisən, Təbrizim!

 

Sən şairlər, şühədalar Vətəni!

Xiyabani və Şəhriyar Vətəni!

Xoş diləklər, xoş arzular Vətəni!

Könüllərin sərvərisən, Təbrizim!

 

Qara gözlü, ay camallı şəhərim,

Təxti kimi qəhrəmanlı şəhərim!

Bağır xanlı, Səttar xanlı şəhərim!

Adı dillər əzbərisən, Təbrizim!

 

Qəlbin təmiz, küçələrin gül kimi,

Ala gözlü səhərlərin tül kimi,

Gülşənində ötərəm bülbül kimi,

Zərəngizin dilbərisən, Təbrizim!

Şərhlər bağlıdır.