ZƏNGANDA TANINMIŞ İDMAN USTASI CƏLİL ABBASI HƏBS EDİLİB

Zənganda tanınmış idman ustası Cəlil Abbasi həbs edilib. Onun öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə Təbriz Turan TV-yə istinadən azerbaycan-ruznamesi.org  xəbər verir. İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Zəngan şəhərində yaşayan tanınmış idman ustası, boks müəllimi Cəlil Abbasınin evinə basqın edərək onu həbs ediblər.

İdman ustasının nədə ittiham olunduğu və hara aparıldığı barədə onun ailəsinə heç bir məlumat verilməyib.

Abbasinin son həftələr Zənganda keçirilən kütləvi etiraz aksiyaları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Şərhlər bağlıdır.