Azərbaycandan İran parlamenti deputatlarını TƏBRİK edin. Onların istək, tələb, hətta xəbərdarlığı nəzərə alındı və istefaya göndərilmiş 4 VƏZİR (nazir) yerinə irəli sürülən namizədlərdən biri türkdür. Neçə vaxtdır deputatlar nazirlər kabinetinə türk nazir təyin edilməsini tələb edirdilər. Maraqldır ki, bu deputatlar türk deyəndə nə başa düşürlər. Həmin hökumətdə müdafiə naziri türkdür (Zəncandan), Daxili işlər naziri türkdür( Xorasndan). Bundan əvvəl istefaya göndərilmiş Əmək və sosial rifah naziri türk idi (deyəsən Qəzvindən). Deputatlar elə danışırdılar ki, guya hökumətdə əslən bir nəfər də türk yoxdur. Hazırki namizəd əslən Təbrizdəndir. Belə çıxır ki, Şərqi və Qərbi Azərbaycan ostanlarından olmayanlar türk deyillər, halbuki, deputatlardan bəziləri İranda 40milyon türk olduğundan danışırlar. Adam qalır məəttəl. Görəsən, türk nazirinin təyin edilməsi ilə deputatlar nəyə nail olmaq istəyirlər. Məgər onlar bilmirlər ki, İran kimi ölkədə, eləcə də istənilən çoxmillətli ölkədə, mərkəzi hökumətdə milli azlığın nümayəndəsi öz xalqını deyil, hakim xalqın və mərkəzi hakimiyyətin maraqları istiqamətində hərəkət edə bilər. Hə, türk vəzir deputatlardan kiminsə ya qohumu, ya həmkəndlisi, ya həmməhəlləsi ola bilər və ona nədəsə əl tuta bilər. İnqilabın qələbsindən sonra ilk illər İranda əsas vəzifələrdə türklər idi, Azərbaycana bir faydası oldum? Deputatlar üç ildir ana dilində təhsil sahəsində heç bir irəliləyişə nail olmayıblar, indi türk vəziri uğrunda vuruşurlar.
Kim deyər, bu işlərn mənası nədir?
26 oktyabr 2018
Vidadi Mustafayev
Şərhlər bağlıdır.