VİDADİ MUSTAFAYEV:

"BU SİYASƏTÇİLƏR XALQI DOLAMAQLA MƏŞĞULDURLAR"

Putin deyir ki, Ermənistan istəmirsə, biz onu sülh müqaviləsi bağlamağa məcbur edə bilmərik. Yəni, bu yırtıcı Ermənistana  deyir ki, biz sənin revanşist planlarını dəstəkləyirik. Gündə bir söz danışan məlum dəstənin üzvü kimi deyir ki, əgər Ermənistan Qarabağın Azərbaycanın tərkibində olmasını istəyirsə, POJALYUSTA (BUYURSUN). Yəni, demək istəyir ki, burada da gərginliyi davam etdirmək fikrindəyik.

Mən dəfələrlə onun küçə adamları kimi gündə bir söz dediyini qeyd etmişəm. Hamının yadındadır ki, deyirdi: “Qarabağ Azərbaycan ərazisidir”. İndi isə deyir ki, Ermənistan razıdırsa… Belə fahişəlik olmaz, amma olur.

İran parlamentinin sədr müavini deyir: “Ölkədə baş verən iğtişaşların  səbəbi  insanların dünyanı axirətdən üstün tutmasıdır”.

Bu sözləri hörmətli bir ruhani, ən kaslb sadə bir insan desəydi, biz də deyərdik ki, biliyi o qədərdir. Bu deputat isə var-yoxunu töküb deputat olub ki, “krışalıq” (himayədarlıq) edərək milyonlar qazansın. Amma indi axirətdən dəm vurur.

Dünyanı və ölkəni qarışdıran belə yaramaz insanlardır ki, digər yaramazların hesabına BAŞA keçiblər.

Şərhlər bağlıdır.