İSVEÇİN PAYTAXTI STOCKHOLMDA “ZƏFƏR BAYRAMI” QEYD OLUNDU

80 NƏFƏRLİK ZİYAFƏTDƏ QƏLƏBƏ YOLUNDAN BƏHS EDİLDİ

Hazırda dünyanın bir çox ölkələrində torpaqlarımızın erməni işğalından azad olunması şərəfinə tədbirlər sıralanır. İsveçin paytaxtı Stockholmda da bayram sevinci bölüşdürülüb. Bu münasibətlə Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyi 80 nəfərlik qəbul düzənləyib. Tədbir Qarabağ Zəfərinin 2 illik yubileyinə həsr olunub. Səfir Zaur Əhmədovun təşkilatçılığı ilə baş tutan ziyafətdə bu qələbəyə doğru aparan Azərbaycan Ordusunun, Azərbaycan igidinin qələbə əzmindən danışıb.

Səfir Zaur Əhmədov torpaqlarımızın 30 il işğal altında qalmasından danışarkən deyib ki, təbiidir, bizim milli iradəmiz, milli döyüş ənənələrimiz yol verə bilməzdi bu halla barışaq. Nəticədə Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında, igid əsgər və zabitlərimizin iradəsi ilə torpaqlarımız azad olundu. Hazırda Qarabağımızın bütün guşələrində quruculuq işləri aparılır ki, bu  da bizim konkret planlarımızdan və niyyətlərimizdən xəbər verir.
Səfir qeyd edib ki, qəhrəmanlarımız, şəhidlik  nümunələrimiz  olmasaydı, indi bu qələbə bizlərə əlçatmaz görünərdi. Buna görə də, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə isveçli jurnalist Mikael Silkebergin şəxsən Şuşa zəfərindən sonra ora səfər edərək zəngin ədəbiyyatından və mədəniyyətindən çəkdiyi kadrlar barədə məlumat verib.

Jurnalistin Şuşada çəkdiyi kadrlarda Azərbaycanın və həmin diyarın tanıdılmasına xidmət edən kadrlar yer alıb. Daha sonra Şuşanın ədəbiyyatından və musiqisindən söhbət açan 40 dəqiqəlik sənədli film nümayiş etdirilib.

Tədbirdə təmsilçimiz Abdulla Əmir Haşimi Cavanşir də iştirak edib.

Şərhlər bağlıdır.