AİLƏ ÜZVLƏRİ EDAMLARA QARŞI ÇIXIB

İranda 200-dən çox fəal, həmçinin etirazlarda həbs olunanların ailə üzvləri edamlara etiraz edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda etirazçıların edamı pislənilib. Bütün fəallar və həmkarlar ittifaqları buna qarşı kampaniya yaratmağa dəvət edilib.

Qeyd edək ki, İran daxilində keçirilən mitinqlərdə həbs edilən onlarla insana ölüm hökmünün çıxarılması və iki etirazçının edam edilməsi geniş daxili və beynəlxalq etirazlara səbəb olub.

Süleyman Fərzəliyev

Şərhlər bağlıdır.