TƏBRİZ YAXINLIĞINDA TƏBİƏT ABİDƏSİNƏ TƏHLÜKƏ

TəbrizOcan (Bostanabad) arasında yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Quru göl tamamilə məhv olmaq üzrədir.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə mediaya açıqlamasında bildirib.

“Quru gölə axan su qaynaqlarının qarşısı kəsilib, illik su payının yalnız 10 faizi buraxılır”.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir. 200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.