2500 YAŞLI SƏRDABƏLƏR…

Arxeoloqlar Misirin Damietta əyalətinin Tel Əl-Deyir yaşayış məskənində 2500 il əvvələ aid olduğu güman edilən sərdabələr aşkar ediblər. Bu mühüm arxeoloji tapıntı qədim Misir fironlarının 26-cı sülaləsinin dövrünü araşdırmaq üçün yeni imkanlar yaradır.

“Anadolu” xəbər verir ki, ölkənin Qədim Abidələr Ali Şurasının sədri Mustafa Vəziri aşkar olunan sərdabələrdən qızıl əşyalar, qədim Misir tanrıları Osiris, Anibus və Horusun kiçik heykəllərinin, həmçinin heyvan təsvirləri olan artefaktların, kanopik qabların və dəfn amuletlərinin aşkar edildiyini bildirib.

O əlavə edib ki, alimlərin apardıqları tədqiqatların sonunda adıçəkilən arxeoloji tapıntılar Böyük Misir Muzeyinə təhvil veriləcək. Yeni tapıntılar bu bölgədə ən böyük arxeoloji kəşflərdən sayılır.

Nurlanə

Şərhlər bağlıdır.