“TALİBAN” ƏFQANISTANDA JURNALİSTİKA DƏRSLİKLƏRİNƏ YENİLİKLƏR EDİB

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” silahlı qruplaşması jurnalistika ilə bağlı dərsliklərdə yeniliklər edib.

Bu barədə “Khaama Press” agentliyi məlumat yayıb.

Təhsil naziri Ned Mohammad Nadim bildirib ki, konkret məzmunu hələ açıqlanmayan yeniliklər jurnalistləri “vətənə sədaqətli xidmətə” hazırlamaq üçün nəzərdə tutulub.

Hökumət gənc jurnalistləri ölkəyə şərəf və vicdanla xidmət etmək üçün yetişdirməyi qarşısına məqsəd qoyub.

Qeyd olunub ki, medianın mövcud rejimə və İslama qarşı təbliğat vasitəsi kimi xidmət göstərməsinə imkan verilməyəcək.

N.M. Nadim həmçinin Qərbi öz nəzarəti altında olan mediadan müsəlmanlara qarşı intellektual və təbliğat müharibəsi aparmaq üçün güclü silah kimi istifadə etməkdə günahlandırıb.

Agentlik yazır ki, “Taliban” 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra ölkədə jurnalist fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyub. Belə ki, yerli mediaya İslama zidd olan, məmurları təhqir edən və hakim rejimi tənqid edən materialların dərci qadağandır.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.