İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri deyib: “İranın Rusiyadan aldığı “Su-35” döyüş təyyarələri bu il ölkəyə gələcək. Ötən illər ərzində Rusiyadan “Su-30” qırıcılarının alınması ilə bağlı fərziyyələr var idi və müəyyən məqamlarda bu fərziyyələr gücləndi.
Bu proses cari ilin sentyabr ayına qədər davam edib”.
İran Aerokosmik Qüvvələrinin komandanı Əmir Vahedi Rusiyadan qırıcı təyyarələrinin alınması xəbərini təsdiqləyən müsahibəsində “Su-35” qırıcılarının alınmasının da İranın Aerokosmik Qüvvələrində olduğunu bildirərək deyib: “Su-35″ qırıcılarının alınması İslam Respublikasının Aerokosmik Qüvvələr sisteminin planındadır”.
Azad İran
Şərhlər bağlıdır.