İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir,-bunu mediaya açıqlamasında İsveçdə yaşayan, hazırda Şuşada səfərdə olan ərdəbilli jurnalist Əlirza Ərdəbili deyib.
“İran molla rejimi 43 ildir ki, hakimiyyətdədir və bu müddət ərzində cinayətlər davam edir”, – Ə.Ərdəbili bildirib.
O bildirib ki, İranda 3 ay ərzində 5 min insanın edam olunduğu vaxtlar da olub:
“Bu, 1988-ci ildə olub. Ümumiyyətlə, onların cinayətlərinin sayı-hesabı yoxdur. Molla rejimi insanları, o cümlədən qızları öldürür və sonra adını “ürək çatışmazlığı” qoyur. Bu, gülüncdür. Hazırkı aksiyalar uzunmüddətdir gözlənilən idi. Qadınlar, gənc qızlar öz haqlarını müdafiə edirlər. Bu, haqq işidir”.
Jurnalist bildirib ki, İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.