AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ TÜRKİYƏ XALQINA BAŞSAĞLIĞI VERİR

Əziz türk ağsaqqallarımız, ağbirçəklərimiz, valideynlərimiz, bacı-qardaşlar, yeniyetmələrimiz fevralın 5-dən 6-na keçən gecə və ertəsi gün tale türk xalqını daha ağır imtahana çəkdi. Dağıntılar arasında minlərlə insan qaldı, həlak oldu, yaralandı, xəsarət aldı. Zəlzələ qurbanlarının sayı getdikcə artır.

Tale türk xalqına əsrlər boyu fiziki məhrumiyyətlərlə yanaşı daha ağır zəlzələlər yaşadır. Lakin xalqımız daim bu imtahanlardan iradəsi, əzmi, dözümü, zəhməti ilə şərəflə çıxıb.

Türk xalqı düşdüyü məhrumiyyətlərdən asılı olmayaraq yaşamaq əzminin güclü olduğunu sübut edib.

Sizlərə bir daha Allahdan səbr diləyir, və deyirik: güc birlikdədir!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.