XAMNEİ RİYAKARLIĞININ DAHA BİR GÖRÜNTÜSÜ- “ƏHV” OYUNLARI

İranın dini başçısı Seyidəli Xamenei el gözünə humanizm oyunları nümayiş etdirməkdə ustadır. Bu yaxınlarda günahsız-günahkarların azadlığa buraxılmaları barədə əhv sərəncamı verib.

Növbəti oyun İran Ali Məhkəməsinin sədri Mohseni Ejein ilə rənbər arasında olub. Məktub ünvanlayıb, müraciət edib. Orada deyilir: “Son hadisələr zamanı bir sıra insanlar, xüsusilə də gənclər düşmənin təbliğatı və təhriki ilə yanlış davranış edib və cinayətlər törədiblər.

İndi onların böyük bir hissəsi xarici düşmənlərin planı və xalq əleyhinə aksiyalara xarici düşmənlərin təhriki ilə qatıldıqlarını dərk edərək bağışlanma diləyirlər”.

“İran İnsan Haqları Təşkilatı” isə “Tvitter” hesabında yazıb: “Xameneyi tərəfindən etirazçılara riyakarcasına amnistiya verilməsi reklam xarakterli tədbirdir. Etirazçılar etiraz etmək hüququndan istifadə ediblər və onların həbs edilməsi və cəzalandırılması heç bir qanuna əsaslanmayıb”.

Xameneyinin etirazçıları guya əfv etməsi ilə bağlı xəbərlər tirajlanarkən, son 4 ay ərzində Xameneyi hökuməti 20 min gənci zindana atıb.

Yenə yaxşı kişi el gözünə ali dii rəhbər olub.

Şərhlər bağlıdır.