Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının ABŞ-a səfəri çərçivəsində Kaliforniya ştatının San-Xose və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş keçirib.
Azərbaycanın və Amerika Birləşmiş Ştatlarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Aynur Ağayeva tədbiri açaraq, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbir Komitənin fəaliyyətini əks etdirən videoçarxların və Diaspor Marşının nümayişi lə davam edib.
Görüş iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa, vətənpərvərliyə görə icma üzvlərinə təşəkkür edib, ABŞ-da yaşayan azərbaycanlıların Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələri xatırladan Komitə sədri DİDK-nın çoxşaxəli fəaliyyət istiqamətləri, diaspor təşkilatlarını vahid platformada birləşdirən Koordinasiya şuraları, Azərbaycan evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay düşərgələri və digər irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulu Ramiz Daşdəmirov və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşı Erkin Heydərli icmanın fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Qeyd olunub ki, Kaliforniya ştatında ən çox azərbaycanlı San-Xose şəhərində yaşayır, buradakı gənclərimiz əsasən elm və İT sahələrində çalışırlar.
Sonra Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışı təqdim olunub.
Müzakirələr zamanı Kaliforniya ştatında fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdiyi tədbirdə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində aparılan ardıcıl, məqsədyönlü və sistemli işin nəticələri barədə danışılıb, əldə olunan nailiyyətlərə diqqət cəlb edilib.Soydaşlarımız Kaliforniya ştatında yaşayan azərbaycanlıları bir arada topladığına, onları daim diqqət mərkəzində saxladığına və yaxından maraqlandığına görə Komitə rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər. Onlar bu görüşü həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan mühüm addımlardan biri kimi dəyərləndiriblər. Həmv
ətənlərimiz bundan sonra da yaşadıqları ölkədə Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklərini, Azərbaycan xalqının və dövlətinin mənafeyini daim uca tutacaqlarını bildiriblər.
Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.