BİR DAHA BRÜSSEL MİTİNQİNDƏN LÖVHƏLƏR

AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKÜMƏT!

Martın 25-də Brüsseldə keçirilmiş Güney Azərbaycanlıların mitinqində yadda qalan çıxışlardan birini də güneyli fəal Rahim Telman sadiqbəyli etdi. Həmin mətni dinləyicilərə təqdim edirik:

-Əziz dostlar, dəyərli soydaşlarımız Belçikanın paytaxtı Brüsseldə tarix yazdılar. Əlbəttə könül istərdi ki, mitingdə 1000 nəfər deyil, 10 minlər, 20 minlər olaydı. Amma nəzərə alsaq ki, Güney Azərbaycanlılar Belçikada barmaqla sayılacaq qədər azdır və bu ilk belə müstəqil, heç bir Dövlət və hökumət qurumlarının maddi dəstəyi olmadan (mənəvi dəstək yüksək səviyyədə idi) yalnız Avropada yaşayan güneyli həmvətənlərimizin təşkilatçılığı ilə baş tutdu onda bu bizə əsas verir ki, deyək mitinq və yürüş kəmiyyət və keyfiyyət baxımından yüksək səviyyədə bas tutdu. Aksiyada təkcə güneyli bacı qardaşlarımız deyil həm də çoxlu sayda olmasaq belə biz qüzeylilərin (Azərbaycan Respublikasının vətəndaşlarının) də iştirakı fərəh verirdi. Ayrıca bənzərsiz muğam ifaçimiz Güllü xanım Muradovanın gözəl ifası mitinqə xüsusi rəng qatdı. Mən xüsusilə qeyd etmək istəyirəm ki, aksiyada həm də Avropa Parlamentində fəaliyyət göstərən siyasətçilər və jurnalistlər iştirak edirdilər ki, bu da İranın molla rejiminə çox böyük bir mesaj idi. İran adlanan faşist rejiminin qəzəbinə tuş gələn Qaşqaylılar və ərəblərin və eləcə də başqa azsaylı xalqların nümayəndələrinin hətta Putin rusiyasının müharibə açdığı ukraynalı dostlarımızın tədbirə qatılması aksiyanı beynəlxalq səviyyəyə qaldırdı. Sonda güneyli həmvətənlərimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şükran ifadə etdikləri çıxışlar və Prezidentin portretlərinin meydanda qaldırılması bir daha onu göstərdi ki, dünyada yaşayan azərbaycanlılar öz Çümhuriyyətinə inanırlar. Yaşasın Bütöv Azərbaycan.

VİDEO

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.