İranın sabiq prezidenti Həsən Ruhani yenidən siyasətə qayıtmaq fikrindədir. Lakin bu dəfə parlament seçkilərində qüvvəsini sınayacaq.
Bildiyiniz kimi, Həsən Ruhani 8 il İran İslam Respublikasına rəhbərlik edib. Bu illər 2013-2021-ci illər civarındadır. Lakin həmin dövr heç də uğurlu nəticələri ilə yadda qalmayıb. Onun dövründə əhalinin dolanışıq səviyyəsi xeyli aşağı düşüb, infilyasiyanın güclənmə prosesi daha da dərinləşib, demokratiyaya, insan hüquqlarına qarşı zülm güclənib, İran dövləti münaqişələrə yaxından qoşulub, bir sözlə o, sələflərinin dəsti-xəttini davam etdirib.
İranda bir nəfərin iki dəfədən artıq prezident seçilmək hüququ olmadığından Ruhaninin bu kürsüyə yolu çoxdan bağlanıb. O, bir müddət istirahət etdikdən sonra İranın “Tasnim” Agentliyinə verdiyi müsahibədə deyib ki, keçmiş dövlət başçısı yenidən aktiv siyasətə qayıtmaq niyyətindədir.
Ruhaninin dönüşündə ilk addımlarından birinin memuarlarının çapı olacağı bildirilir. Bundan əlavə xarici siyasət sahəsində sualları cavablandırarkən deyib ki, bu sahədə də fəaliyyətini davam etdirmək niyyətindədir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.