İran inqilabının lideri və ilk seçilməmiş rəhbəri S.R.Xomeyni 1982-ci ildə Ramazan ayının sonuncu cümə gününü Qüds günü-Fələstinin öz müstəqilliyi uğrunda mübarizəsi ilə həmrəylik günü elan etmiş və həmin vaxtdan İranda və bir sıra xarici ölkədə bu və digər şəkildə qeyd edilir.
Qüds günü zahirən bəşəri bir amala-öz milli müstəqilliyi uğrunda mübarizə aparan bir xalqla həmrəyliyin gücləndirilməsinə həsr edilsə də, Xomeyni və sonrakı rejim həmin gündən əsasən sünni ərəb dünyasına nüfuz etmək və Fələstində İslam və ya özündən asılı bir dövlət yaratmaqda bir vasitə kimi stifadə etməyə çalışırdı.
Fələstin Azadlıq Təşkilatının rəhbəri mərhum Yasir Ərəfatı birinci xarici rəhbər qonaq kimi qəbul edib, İsrail səfirliyinin binasını Fələstin səfirliyinə verən İran dini dövlət təşkil etmək təklifini rədd edən Fəlıstin liderini Fələstin xalqına xəyanətdə ittiham etdi.Həmin vaxtdan İslam birliyi və Fələstinin azadlığı şüarı ilə müsəlmanların gözünə kül üfürən İran rejimi İslam dünyasını və fələstinlilərin birliyini parçalamaq siyasəti yeridir.
Beynəlxalq təşkilatlar Fələstin-İsrail münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində az -çox uğura yaxın olduqları zamanı İran tərəfdarları təxribat törətməklə danışıqların uğursuzluğunu təmin edirdilər.
Həmin siyasət bu gün daha geniş miqyasda davam edir.
Belə ki, İran FələstinMuxtar dölətini və onun başçısı Mahmud Abbası demək olar ki, tanımır və radikal islamistlərlə birbaşa əlaqə qurur, onlara təlim keçir, siahlandırır.Bununla da Fələstinin siyasi, ideoloji, struktur birliyinin möhkəmlənməsinə bir başa zərbə vurur.Guya Fələstin xalqının azadlıq mübarizəsinə dəstək məqsədi ilə ərəb ölkələrində şiə azlıqlardan yaratdığı terrorist qruplar vasitəsi ilə həmin ölkələrin milli və dövlət birliyini, eləcə də ərəb dünyasının birliyinə ciddi zərbə vurur.
Bu gün İranda keçirilən Qüds günü haqqında video və foto reportajlar əsasında onu demək olar ki,nümayişlərdə az sayda və əsasən ortayaşı və yaşlı insanlar ,bir də “inqilabçı” çadralı qadınlar iştirak edirdilər.Haşiyə çıxaraq deyə bilərik ki? İran Baş Polis rəsi həmin qadınları sevindirərək sabahdan qadınlara yenidən hicab geyindirmək kampaniyasının başlanacağını elan etmişdir.Baş Polis qüvvələri rəisi bu dəfə zamanla ayaqlaşaraq həmin işdə texonoligiyanın -videokameraların köməyndən istifadə edəcəklərini bildirmişdir.
Bu gün qeyd edilən video reportajlarda səsləndirilən şüarlarda Fələstin kəlməsini eşitmək mümkün deyildi.Nümayiş zamanı qabacadan müəyyən edilmiş şəxs “İsrailə” və “”Amerikaya ölüm şüarı səsləndirirdi. Bəzi yerlərdə İsrailin və Amerikanın bayrağının yandırılma səhnəsi də yer almışdır.
Bir neçə gün əvvəl Cənubi Azərbaycanda da Qüds gününün görünməmiş şəkildə izdahamlı keçiriləcəyi və Təbrizdə mitinqdə İran ordusunun Baş komandanınn çıxış edəcəyi anonsu verilmişdi.
“Anaj” saytı həmin gün haqqında hesabat və foto reportaj təqdim etmişdir. Hesabatda Baş kmandanının çıxışı əsas yer tutur.Baş komandan İranın sahədə siyasətinin əksinə olaraq öz çıxışında Azərbaycan xalqı və Azərbaycan Respublikasına”dərin”məhəbbətini izhar etmişdir.
Foto reportajda isə azsaylı insanların iştirakı ilə ancaq İsrail bayrağının yandırılması anları öz əksini tapmışdır.Hesabatda əlavə edilmişdir ki, Şərqi Azərbaycanın 50 şəhər və qəsəbəsində İsrail bayrağı yandırılmışdır. Deməli bu dəfə bayraq yandırma vəzifəsi cənubi azərbaycanlılara həvalə edilmişdir.
Çox gülməli bir vəziyyət yaranmışdır.Azərbaycan sərhədinə qoşun yığan , onun önündə gündə bir cizgi çəkən,erməniləri Azərbaycana qarşı silahlandıran,onları təxribata sövq edən Ordunun Baş komndanı Azərbaycana “sevgi”? ehtiram izhar edir,İsrail xalqı və dövlətindən heç bir pislik görməyən adi insanlar isə ona ən dərin “nifrətini” dövlət rəmzi olan bayrağ yandırmaqla ifadə etmişdir.
Nəhayət, bu gün “təsadüfən” Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “Mən azəriyəm” adlı məqaləsinin xeyli vaxtdan sonra, guya dostların təkidi ilə, ikinci hissəsi çap olunmuşdur..Müşavir bu günkü yazısında yenə də çox vacib və yüksək dəyərlər olan dostluqdan, mədəni,tarixi, dini və s ortaqlıqlardan, həmin ortaq cəhət və dəyərləri möhkəmlətməkdən bəhs edərək, Azərbaycana hücum etməyəcəkləri barədə vəd vermişdir.
Ə.Vilayəti birinci yazısında da azərbaycanlılara hərtəfli ehtiram və məhəbbət ifadə edərək azəri olmaqla fəxr etdiyini bildirmişdir.
Ondan sonra İranın Azərbaycanın əleyhinə nələr etdiyi çox yaxşı bəllidir.
Ona görə biz allahdan bizi özünü bizə “azəri” kimi sırıyan ikiüzlü siyasətçilərdən qorumağı istəyirik.
Artıq İranın Azərbaycana qarşı dostluq, ehtiram,qardaşlıq haqqında gəlişi gözəl sözlərinə heç kim inanmır. Çünki onların əməlləri dediklərinin tam əksini göstərir.
Bir aqil demişdir: onların sözlərini eşitdik, indi əməllərinə baxaq.
Biz İranın sözlərini də çox eşitmişik, əməllərini də çox görmüşük.
Artıq bizləri aldatmaq o qədər də asan deyil.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.