İran rejimi Türkiyəyə sığınmış iranlı qaçqınlar üçün daimi təhdiddir.
Onlardan hər biri müəyyən səbəbdən Türkiyəyə üz tutublar. Bəziləri qələminə, bəziləri cinsi ayrı-seçkiliyə, bəziləri də İslam Respublikası əleyhinə fəaliyyətlərinə görə.
Bu ölkəyə gəlmək üçün hər biri müxtəlif təhlükələri göz önünə alıb. İndi isə onların hər biri İslam Respublikasının təhdidləri ilə üz-üzədirlər.
İslam Respublikası həqiqi qaçqınları oğurlamaq üçün müxtəlif metodlardan istifadə edir. Bu ölkəyə göndərdiyi casuslar, əslində molla rejiminin muzdlusu olaraq qaçqın adı altında gəlmiş şəxslər həqiqi qaçqınlara yaxınlaşaraq özünü dost kimi göstərir və etimadını qazandıqdan sonra onlara son zərbəni vururlar.
İran ordusunun sabiq pilotu Mehrdad Abdarbaşi həmin şəxslərdəndir. Tehran hakimiyyəti daim onu oğurlamağa çalışır. Sabiq pilot Suriyadakı müharibədə iştirak etməkdən imtina etdiyi üçün ölkəsini tərk etməyə məcbur olub.
Mehrdad Abdarbaşi: “Bir nəfər şagird adı altında mənə yaxınlaşdı, İran ETTELAAT-ının məmuru idi, amma mən əlaqə qurduğumda hamıya məlumat verirdim, Türkiyə kəşfiyyatına bu barədə bildirdim. Türkiyə kəşfiyyatının dinləmə proqramını telefonumda aktivləşdirdim, onlar bütün danışıqları dinlədilər və bu əməliyyatın qarşısını aldılar”.
Mehri Yarməhəmmədi 2020-cilin yanvarında siyasi fəaliyyətinə görə təhdidlər nəticəsində İranı tərk edərək Türkiyəyə sığınıb və təhdidlərlə üz-üzədir. O, siyasi fəaliyyətlərindən əlavə, alpinizmlə də məşğul olur. Fəal qadın bir “Telegram” qrupu tərəfindən alpinist proqramına dəvət olunmuşdu.
Xanım Yarməhəmmədi deyib: “Sonra hərəkət üçün hazırlaşdıq, həmin 4 nəfər bizə israrla enerji içkiləri təklif etdi, həyat yoldaşımın mədəsində problem olduğu üçün içmədi, mən biraz içdim, bir neçə dəqiqədən sonra başım gicəlləndi. Huşumu itirmişəm. Yoldaşım onların planını başa düşərək maşınımızdakı bıçaqla onların avtomobilinin təkərini deşib. Allaha şükür ki, tez uzaqlaşdıq, bizə çata bilmədilər”.
2019-cu ilin noyabrında İran hökuməti ilə əməkdaşlıq etmiş və pərdə arxasında hakimiyyət xəbərlərini ifşa edən “Cəbe-ye Siyah” (Qara qutu) “Teleqram” kanalının rəhbəri Məsud Movləvi İstanbulda terrora məruz qaldı. Reuters-in məlumatına görə, bu terror hadisəsində Türkiyədəki iki iranlı diplomatın əli olub.
İslam Respublikasına müxalif olan Həbib Çəəbin Türkiyədən oğurlanaraq İrana aparılmasından sonra Türkiyə polisinin araşdırmaları Çəəbin oğurlanmasında bir qrupun İran kəşfiyyatına işlədiyini müəyyənləşdirdi.
İranlı jurnalistlər Məhəmməd Baqir Muradi və Arəş Şua Şərq də son illərdə Türkiyədə molla rejimi tərəfindən oğurlanıb.
Türkiyəyə sığınan iranlı qaçqınlar çoxlu çətinliklərdən keçiblər, bu ölkəyə gəlmək İslam Respublikasının təhdidlərinin sonu demək deyil.
VİDEO:
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.