ADF MK-NIN BƏYANATI

(24.04.2023)

Türkiyə Cümhuriyyəti “Vətən” partiyasının ictimailəşdirdiyi İran İslam Respublikasının “Türk Dövlətlər Birliyənə” üzvlüyə dəvət olunması haqqında çagırışı  İran Cografiyasında yaşayan türk xalqlarının tarixi arzusu, Azərbaycan Demokrat Firqəsinin ugrunda mübarizə etdiyi məqsədlərindən biridir.

Lakin, bu proses milli haqların, milli azadlıgın bərpası ilə mümkündür. Faşist İran İslam Respublikası ölkədə yaşayan Türk xalqlarına və bütünlükdə qeyri fars xalqlara münasibətini dəyişdirməlidir. Milli məktəblər arzusunu bildirən insanları repressiya etməməli, həbs olunmuşları zindanlardan azad etməli, assimilasiya siyasətindən imtina etməli, iqtisadi, maliyyə, şəhərsalma, mədəniyyət siyasıtində ədalət anlayışına söykənməlidir. Böyük Nizaminin dediyi kimi:

 دولت ترکان که بلندی گرفت      مملکت از داد پسندی گرفت

   چونکه که تو بیدادگری پروری    ترک نه ای، هندوی غارتگری

(Türklərin dövləti o zaman ki, ucaldı, ölkələri abad oldu və ədalət gördü. Sən ki, zülm edirsən,  deməli daha türk deyilsən, bəlkə bir hind qarətçisisən).

“Ədalətli olmayan Türk adlana bilməz” düşüncəsi İran adlanan cografiyada özünün tarixi sınagını keçib. Xalqımız bunu tarixi təcrübədə görüb, tanıyıb, bir çox hallarda aldanıb və sonunda təcrübəli olub.

Faşist İran İslam Respublikasının başı əmmaməli rəhbərləri, “Tülkü həccə gedir” misalında olduğu kimi, son zamanlar humanizmdən, xəlqilikdən, azadlıqdan danışmaga başlasalar da, bütün bu danışıqlar riyakarlıqdan başqa bir şey deyil.

Faşist Pəhləvi sülaləsinin zülmündan çıxıb İran “şüubi din” mənsublarının zülmünə düşmüş xalqımız əlbəttə ki, bir gün bu zülmdən qurtaracaq. “Azadlıq, Ədlət, Milli hökumət” şuarı xalqımızın arzu və istəklərinin ən düzgün ünvanıdır.

Faşist İran İslam Respublikasının hansı quruma, təşkilata girməsindən, məram və məqsədlərindən, bəyanat və içdiyi andından asılı olmayaraq Xalqımız öz mübarizəsindən dönməyəcək.

İran cografiyasında tarixi vətən olan Azərbaycan öz istiqlalına çatana qədər Azərbaycan Demokrat Firqəsi xalqının önündə gedəcək.

ADF Azərbaycan xalqının milli haqları yolunda verdiyi minlərlə şəhidinin ideyalarına sadiqdir. Əziz şəhidlərimiz bizə xalqın istiqlal yolunu miras qoymuşdur və bu yolda mübarizəmiz davam edir.

Şuarımız “Azaslıq, Ədalət, Milli hökumət” olaraq  qalacaqdır.

ADF MK-nın Siyasi Heyəti

Şərhlər bağlıdır.