ÇOXBİLMİŞ AZLIQ VƏ SAVADSIZ ÇOXLUQ

Bu gün (21 aprel 2019) bütün İran məscidlərə toplanıb dini nəğmələrlə MEHDİNİN gəlişini gözlədiklərini İSANIN müsəlman variantı olan SAHİB ƏZ-ZAMANIN qulağına çatdırmağa çalışırlar. Guya MEHDİ/MƏSİH bu çağırışları eşidib nəhayət YERƏ qayıdıb burada ƏDALƏT bərqərar edəcək.

Yaxşı, İSA deyək ki, ALLAHIN ya özüdür ya başqa bir sifəti ya da oğludur, ona görə ilahi gücə malikdir. Bəs bu adi bir insan olmuş, hamı kimi adi həyat sürmüş, sonra da sakitcə ölüb getmiş bu adam bu gücü haradan alıb ki, qayıdıb gəlib Yer üzündə və ya heç olmasa müsəlmanlar, daha doğrusu, şiə məzhəbinə mənsub müsəlmanlar arasında ədalət bərqərar edəcəkdir. İstər İSA, istərsə Mehdi olsun, əgər bu gücləri var idisə, elə sağ olarkən ƏDALƏTİ BƏRQƏRAR edərdilər.

Az biriləri çox birilərini xam xəyallarla yuxuya verməkdən hələ də həzz almaqdadırlar. Vay bu riyakar AZLARIN halına.

21 aprel 2019


Vidadi Mustafayev

Şərhlər bağlıdır.