İran molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib.
Bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.
Məlumatda göstərilir ki, onlar “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın mərkəzinin açılışına hazırlaşırlar.
Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan Teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.
P.S. Söz yox ki, İranın bu məramı da qara niyyətlərdən xəbər verir. Hansı yeni təşkilatın yaradılmasından asılı olmayaraq məqsəd rejimə xidmət edəcək yeni-yeni şəxsləri müəyyənləşdirməkdir. Buna görə də uğurlar diləməyə dilimiz gəlmir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.