PARVİZ FİRUDİN OQLU KAZİMİ
Baku State University, Associate Professor, Doctor of Philosophy,
pkazimi@mail.ru,
ORCID: – Parviz Kazimi4[0000-0001-5577-4773]
Politokojı və publisistik yazılarda “turançılıq” anlayışı və “təhlükəsi” ilə əlaqədar yazılar beynəlxalq nüfuzlu mediyada tez-tez çap olunur və bu o qədər inandırıcı yazılır ki, bəzi elmi ədəbiyyata da öz təsirini göstərir. Həqiqətdə isə tam tərsi olaraq elmi ədəbiyyatdan əldə olunan materiallar politolojı və publisistik materiallara mənbə olmalıdır. Bu konteksdə görürük ki, tarixi tədqiqatlarda “Brend” axtarışı səyləri hələ də davam edir.
Bu mövzuda olan ziddiyyətləri Nizami Gəncəvi və Firdosi əsərlərinin mənbələrindən əldə edərək, eləcə də mövcud tarixi sənədlərə əsaslanaraq ümumi mənzərənin üzə çıxarmaga çalışaq. Turan dövləti deyilən bir dövlət tarixdə mövcud olub? Əgər olmayıbsa bu əfsanənin mənbəyi və məqsədi nədən ibarət idi? Əgər turan olmayıbsa bəs iran necə mövcud olub. İran və turan müharibəsində kim qalib gəldi? Əgər Firdosi bu tarixi bilirdisə bəs Nizami nə üçün öz əsərlərində bu tarixin tam əksini yazır?
Göründüyi kimi çox sayda suallara cavab vermək üçün Nizaminin və Firdosinin əsərlərindən ip ucları toplamaqla yanaşı qədim mifalogiya və zərdüştilikdən əldə olunan materiallar nəticəsində toponim və etnonimləri ayırmaq, hadisələrin tarixini və cografiyasını müəyyənləşdirməklə ümumi mənzərə yaradaraq həqiqi “turan təhlükəsini” müəyyənləşdirmək olar.
Burada bir sıra tarixi, ədəbi hadisələri və mövqeləri müqayisəli təhlil edərək bəzi suallara cavab verməyə çalışır.
Nizami Gəncəvi XII əsrdə dünya ədəbiyyatına iz buraxmış bir sənətkardır. Onun haqqında çox sayda əsərlər yazılıb, tədqiqatlar edilib və Xəmsənin bir çox dünya dillərinə tərcüməsi olunub. Burada Nizamiyə indiyə qədər olunmamış bir baxış bucagından baxmaq, onun multikultural düşüncəsi, dini və etnik toleyrantlıgı, bəşəri dəyərlərə sədaqəti və tarixə münasibəti haqqında bir sıra mənbələrdən və ədəbi parçalardan materialları müqayisəli təhlil etməyə çalışacagıq.
Nizami XII əsrdə yaşayıb, öz dövrünü yaxşı tanıyıb və müxtəlif dövlət xadimləri haqqında fikirlərini sərbəst ifadə edib. Özünü türk hesab edən Nizami yazır.
Pedər bər pedər mərəmra tork bud – Ke hər yek be nıru yeki gorg bud.
(Mətin fars dilində latın tranckripsiyasında yazılıb)
Tərcüməsi:(Mənim Atam və atası türkidilər – hər biri öz yerində qurd (canavar) kimidirlər).[1]
Eləcədə, Nizami əsərlərinin müxtəlif parçalarında türklər və müxtəlif xalqlar haqqında söz açır, onları təqdim edir, bütün xalqlara multikultural yanaşma ifadə edərək diqqəti cəlb edir. Nizaminin yeddi gözəl əsəri sözün əsil mənasında multikulturalizmin mükəmməl ifadəsidir, eləcədə onu təblig edən bir əsərdir deyəriksə, səhv etmərik. Nizamının farsca yazılan Xəmsəsində “Türk ” sözü və ondan yaranan yüzlərcə “tərkiblər” (söz birləşməsi) və deyimlər işərələnmiş, türk, türki, türkanə, türkan, turktaze, türkvəş və başqa formalarda istifadə olunmuş və hamısında şaırın hədəfi türkdən mətanət, şucaət, gözəllik, yaxşılıq, qorxmazlıq, ürəklilik və s. ifadə etmək olmuşdur. Şaır hətta mədh etdiyi şahları türk olduqlarına görə öyür və pıslıkləri onlardan uzaq bilir.
Nizami özündən iki yüz il əvvəl yazıb-yaratməış Firdosini tanıyır, onun yaradıcılıgına bələddir və onu yüksək səviyyəli şair olaraq qeyd edir. Lakin Firdosinin yaradıcılıgına baxdıqda onun bütün dünya görüşünün yaxşı və pis, xüyir və şər, bizimki və bizim olmayan baxış bucagına bölündüyünü görürük. Burada onun zərdüştiliyin təsiri altında oldugu, bütün təbiyət və cəmiyyət hadisələrinin xeyir və şər arasında baş verdiyi düşüncəsi aydın şəkildə görsənir. Tarixdə qorunub saxlanılmış Firdosinin Şahnamə əsərinin 100 minlik misralarında əsas ideya İran-Turan muharibəsi və bu muharibədə xeyir və şər, yani xeyir tərəf olan İran və şər tərəf olan Turan mövcuddur.
Elə burada qeyd etmək lazımdır ki, Nizami əsərlərində də ikiyə bölmək və qarşıdurma mövcuddur. “Xosrov və Şirin” əsərində, “Əgər o Keyxosrodırsa biz də Əfrasiyabıq” misrasında Turanın İran qarşısında dura biləcək, ona cavab verə biləcək durumda oldugunu ifadə edir. Lakin Nizami nə “İranı” nə “Turanı” düşmən olaraq təqdim etmir. Nizaminin əsərində Keyxosrov da, Əfrasiyab da ləyaqətli şəxsiyyətlərdir.
Sasanilər dövrü formalaşmış “Avesta” versiyasında bir sıra yeni mifolojı hadisələr “müqəddəs kitab” mətninə daxil olundugu haqqında fikirlər tədqiqatlarımda ətraflı təhlil olunub.[2] Firdosi məhz bu tarixdən çıxış edərək “Turanı” təqdim edir və türklərə olan anlaşılmaz “nifrətini” gizlətmir. Əsasən sasanilər dövrünün mifalogiyasına əsaslanan rəvayətdə Firdosi tarixdə olmayan bir müharibə modeli qurur, bu müharibədə xeyir və şər tərəfləri müəyyənləşdirir, özü “iran” tərəfdən mövqe alaraq, “turan” tərəfi türk olaraq qiymətləndirir və deyir:
که آن ترک بد ریشه و ریمن است هم بد نژاد است و هم بد تن است
تن ترک بد ذات بی جان کنم زخونش دل سنگ مرجان کنم
از آن پس بپرسید، از آن ترک زشت ای دوزخی روی دور از بهشت
چه مردی و نام و نژاد تو چیست؟! زاینده را بر تو باید گریست
بود ترک، «بد طینت» و «دیو زاد» نام پدرشان ندارند یاد
Şerin tərcüməsi:
(Bu o türkdir ki, nəjadı(nəsli) pis və özü hiyləgərdir. Həm nəsli pisdir həm də canı(bədəni) pisdir
Pis əsilli türkün bədənini cansız edərəm, Qanından daşın örəyini “mərcan” edərəm
Ondan, ayıblı türkdın bir soruşun, ey cəhənnəm adamı olan və behişdən üzü uzaq olan
Sən nə kişisən, sənin adun və nəslün nədir, Səni dünyaya gətirən gərək sənin üçün aglasın.
Türk olar bəd niyyətli və devdən dogulmuş, atasını tanımayan və adını bilməyən.)
Etiraf edək ki, poetik fikrin ifadısi üzərində qurulmuş IX-X əsr fars dilinin bir çox anlayış və ifadələri tərcümə zamanı problem əmələ gətirir. Tərcümə zamanı fikrin aqressivliyi və nifrətin böyüklüyüni çatdırmaq çətindir. Təbiidir ki, bu dövr “fars dili” ümumxalq dili deyildi.Təsadüfi deyil ki, Firdosi tədqiqatşıları Şahnaməni “Bəd əz 300 sal süküt”(300 il sükütdan sonra) olaraq adlandırırdılar. Orta əsrlərdə Firdosinin şahnaməsində istifadə olunan çox sayda söz və sözbirləşməsinin şərhini edən lügətlər hazırlanmışdır. O zamanın fars dili məbədlərdə möbidlər tərəfindən, mitraçılar tərəfindən inkişaf etdirilir, dastanlar, rəvayətlər yaradılır və yayılırdı.Müxtəlif rəvayətləri dövrün sufiləri və dərvişləri yayırdılar.Firdosinin Qəznəvi hökmdarı ilə əlaqədar olan rəvayər də sonralar yaradılmış rəvayətlərdəndir. IX-X əsrlərdə artıq oturaqlaşmış islam bu prosesdə iştirak etmirdi.
Firdosinin birlikdə yaşadıgı qonşu xalq haqqında yazdıqları ona başucalıgı gətirmir. Məlumdur ki, ölümündən sonra da onu ümumi qəbirsanlıqda basdırmaqdan imtina edirlər. Onu Tus şəhərində yaşadıgı evin baxçasında basdırırlar və sonralar Xorasan hakiminin tapşırıgı ilə ona qəbir üstü abidə quyulur.[3] Az müddətdən sonra baxımsızlıqdan dagılan Firdosinin məzarı 1928—1934-ci illərdə Pza Şah Pəhləvi tərəfindən bərpa edilir ona “movzaley” yaradılır və onun irsini yenidən təbliq edərək “panirançılıq” (paniranizm) dünyagörüşünün əsasına çevirirlər.
Firdosinin obrazlarında və hadisələrdə müsəlmanlıgı ifadə edən əlamətlər də demək olar ki, yoxdur. Şer parçasından da gördüyümüz kimi mənfi obraz olan türk Devin övladıdır. Dev sasanilər dövrü atəşpərəstliyinin ( Sasani dövrü zərdüştiliyin) ifadə etdiyi mənfi obrazdır, şər qüvvəsidir. Firdosinin qəhrəmanları da sasani dövrünun tarixi və mifolojı şəxsləridir. Ehtimal etmək olar ki, Firdosi Həxamənişilər dövrü iran tarixi haqqında geniş məlumata malik deyil. Əks halda onları da əsərində mədh edərdi.Firdosidən fərqli olaraq Nizami Həxamə
nişilər dövrü tarixini öz əsərində işıqlandırır və heradotun tarixindən fərqli olan, əfsanəvi İsgəndər obrazı yaradır. İskəndəri Kirius ilə deyil Bərdə hökmdarı ilə qarşılaşdırır.
Nizami İskənderi devdən törəmiş və ya kökünü, əcdadını tanımıyan adlandırmır, onu intellektual olaraq təqdim edir. Ümimiyyətlə Nizami Gəncəvi “qalib və ya məglub olan” düşüncəsindən uzaqdır. Nizami “aqil və nadan“ olanlar haqqında düşünür və mütləq əsərlərin sonunda bütün insanlara kamillik bəxş edir.
Nizami Gəncəvi Səlcüq şahı olan Sultan Səncərə yazdığı şe’rdə, ədalət, sədaqət və gözəlliyi türklərin xisləti hesab edərək yazır:
دولت ترکان که بلندی گرفت مملکت از داد پسندی گرفت
چونکه که تو بیدادگری پروری ترک نه ای، هندوی غارتگری
(Türklərin dövləti o zaman ki, ucaldı, ölkələri abad oldu və ədalət gördü. Sən ki, zülm edirsən, deməli daha türk deyilsən, bəlkə bir hind qarətçisisən).
Turançılıq haqqında tarixi biliklər: Ensiklopedik mənbələrin verdiyi məlumata görə, turan sözü fars-tacik mənşəli olub orta asiyada cografi ərazi olaraq tanınır. Tur sözünə fars dillində cəm şəkilçisi olan “an” əlavə etməklə yaranmışdır. Turların oldugu yer mənasını verir və uzun müddət toponim olaraq işlədilmişdir. Avestada “Tūiriiānəm” olaraq qeyd olunur. Qədim fars mifalogiyasına görə “farsların” mənşəyi Firidun deyilən bir şəxslə başlanır. Bu mifalogiya əsasən sasanilər dövründə formalaşması ehtimal olunur. Firidunun üç oglu olur. İrəc, Turan və Salim. Turan İrəci öldürür, Salimin də varisi olmur. Yalnız Turanın Zadşam adlı övladı olur ki, şəcərə də onun vasitəsi ilə davam edir.
Turan haqqında bir çox fikirlər söylənilir. 565-ci ildə qonşu ölkələrdə, xüsusən də İranda, Soğdun Türklər tərəfindən fəthindən sonra iki etnonimin – “Tur” (İran) və “Türk” (-) fonetik oxşarlığı ilə qarışdırılır. İran-Turan qarşıdurması qeydə alındığı Şahnamədə “Turan” (turlar ölkəsi) adı “Türküstan” (türklərin ölkəsi) mənasında işlədilməyə başladı. Buna baxmayaraq, Türklərin “Turanlaşması”, 10-cu əsrin sonlarında, İranı ələ keçirən Qəznəvilər Türk sülalələri ilə bölünməsindən sonra başladı. Turanı işğal edən Qaraxanlılar, Turan üzərindəki güclərini qanuniləşdirmək üçün Türk Qaraxanlı hökmdarları öz əcdadlarını Turanın əfsanəvi şahı Afrasiaba qaldırdılar və “Afrasiab evi” adlandırılmağa başladılar. Afrasiabın özü türk əfsanələrinin qəhrəmanı Alp-Er-Tong ilə eyniləşdirilmişdir [38].[4]
Almaniyanın “İran və Turan xəritəsi” 1850-ci il tarixli (Qacar sülaləsi dövründə) aiddir. Turan ərazisi narıncı bir xəttlə işarələnmişdir. “Turan” adı Aral dənizinin şərqində görünür. Xəritədə Turan müasir Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan ərazilərini və Əfqanıstan və Pakistanın şimal əyalətlərini əhatə edir. Bu ərazi, demək olar ki, müasir Orta Asiyaya uyğundur.
Eləcədə, İran bir cografi ad olaraq ortaya çıxıb və “fəlati iran” (İran düzənliyi) kimi tanınıb. İran toponimini siyasi anlayış olaraq ilk dəfə işlədənlərdən biri də Firdosi olub. Mifoloju İran Turan muharibəsi haqqında yazan Firdosi yaqin ki, belə dövlətlərin olmadıgını bilirdi. O Zaman nə İran, nə də Turan var idi. Bəlkə də var idi, ancaq cografi yer adı olaraq. Vahid siyasi qüvvə mərkəzi olaraq deyil.
Firdosinin şahnamısində əgər Turanlılar şimal-şərqdən gələn köçəri tayfalarıdırsa, İran tərəfi təmsil edən etnik qruplar şərh edilmir. Nəzərə alsaq ki, Firdosi özü orta asiyada yaşayır və fəaliyyət göstərirdi, deməli onun demək istədiyi “İran” indi tanıdıgımız cografi ərazidən fərqli idi.
İran-Turan müharibəsinin həqiqətən tarixdə olmadıgına baxmayaraq, bu hadisəni olmuş tarixi hadisə kimi təqdim etmək istəyənlərin sayə XX-XXI əsrlərdə xüsusilə artməşdır. Dünya tarixində nə German tayfalarının böyük birliyi, nə Slavyan xalqlarının böyük birliyi olmadıgı halda, Türk xalqlarının da böyük birliyi olmamışdır. Bu mövzunu “akumulyasiya” edən politoloq və tarixçilər nəyi xatırlatmaq, dünya ictimaiyyətinə nəyi çatdırmaq istəyir? Turandan gələn təhlükə necə izah olunur?
İran və persiya anlayışlarının sinonimləşdirilməsi ilə əlaqədar XX əsrin 30-cu illərində Pza Şah Pəhləvi ilk cəhdlər etdi. O dünya siyasi arenasına “biz artıq Persiya deyilik İranıq” deyə müraciət etməklə bu iki anlayış eyni məna daşımaga başladı. Eləcədə, İranın persiyalaşması istiqamətində Pəhləvi hakimiyyəti xeyli işlər gördü. Nəticədə, çoxmillətli iran persiya olaraq böyük bir cografiyanın multikultural tərkibini inkar edərək dövriyəyə elmi əsası olmayan iran dilli xalqlar anlayışını daxil etdi.
Qazaxıstan ərazisində köçəri və yarımköçəri yaşayan Sak tayfalarının məskunlaşdıgı cografi ərazi Turan adlanırdı. Əlbətdə ki, bu sak tayfaları mifalojı “Firidunun oglanlarından” və onlar arasında olan mifolojı tarixdən və ixtilafdan xəbərsiz idilər.
Sonrakı dövrlərdə Saklar, Massagetlər, Kuşanlar, Parfiyalılar, Eftalitlər və digər Şərq xalqlarına Turanlılar deyildi. Bu termin demək olar ki, bu xalqların yaşadığı Orta Asiyanın hamısını ifadə edirdi. Fars ədəbiyyatında “İranla Turan” arasında əsrlər boyu davam edən qarşıdurma mövzusu geniş şəkildə işıqlandırılmışdır və bu işdə Firdosinin xidmətləri böyük rol oynamışdı.[5]
Firdosinin Şahnaməsinin yaratmış oldugu kulturolojı “mühit” heç də öz məqsədinə çatmadı. Türkçülük və turançılıq bu cografiyada toleyrantlıgın, multikulturalizmin ifadəsi kimi təqdim olundu və yaşadı.
İlk dəfə “Alp-Turan” şəklində xüsusi bir ad olaraq Turan termini artıq VII-VIII əsrlərə aid qədim türk kitabələrində tapılmışdır.[6] Bu Firdosinin dövründən 3-4 yüz il əvvələ aiddir və Firdosi bu tarixi yaqin ki, bilmir. Buxara əmirləri də Rusiyanın XIX əsrin əvvəllərində ortab asiyanın işgalına qədər özlərini “Turan hakimi” və ya “Türküstan və Turanın padişahı” olaraq təqdim edirdilər.
Turan Sasani İmperatorluğunun bölgələrindən biri kimi də tanınmışdır. Müsəlman tarixçilərinin kitablarının coğrafi məlumatlarına görə, Turan, Şərqi Bəlucistanda dağlıq bir ərazi idi. Bununla birlikdə, “Turan” sözü öz şöhrətini Xorasandan və Amudərya çayının şimal-şərqində yerləşən, türk və digər qeyri-fars xalqlarının yaşadığı ərazinin adı olaraq da qazandı [46].
Turançılıq; turanizm — bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideologiyaya çevrilmişdi. İlk olaraq finlər, macarlar, estonlar və Rusiya tərkibindəki fin-ugor xalqları ilə bərabər mancurlar, monqollar və türkdilli xalqların birləşməsi məqsədi ilə ortaya atılmışdır. Rusiyada 1905-ci il inqilabından əvvəl azərbaycanlı və tatar ziyalıları tərəfindən dəstəklənmiş bu ideologiya, Türkiyədə 1908-cı ildə II Məşrutiyətin elan edilməsindən sonra yayılmağa başladı. İttihad və tərəqqi partiyasının rəhbərləri arasında Ziya Gökalpın irəli sürdüyü türançılıq baxışları əsas götürülmüşdür. O dövrün Osmanlı komandanlarından biri olan Ənvər paşa isə 1918–1922-ci illərdə keçmiş Rusiya İmperiyasının ərazisində turançılıq fikrini canlandırmağa çalışırkən şəhid olmuşdur.
Turançılıq haqqında bir çox tarixi şəxsiyyətlər fikirlər də söyləmiş, sözlər də demişdir. Əmir Teymur: “Biz ki məliki-Turan, Əmiri-Tükistanız. Biz ki Tür oğlu Türküz. Mən millətlərin ən ulusu və ən qədimi Türklərin Başbuğuyam” demişdi. Turançılıq ideyasının banisi-Ziya Göyalp: “Vətən nə Türkiyədir, Türklərə nə Türkistan, Vətənə tən böyük və əbədi bir ölkədir Tüklərə: Turan”[7] demişdi. Mustafa Kamal Atatürk: ”Türk birliyinə inanıram və onu görürəm”[8] demiş və bir çox mütəfəkkir bu ideyanı multikultural dəyərlər çərçivəsində görmüş və dəstəkləmişdi.
Göründüyi kimi Nizami yaradıcılıgında da türk və turançılıq konkret etnik qrupu ifadə etməyən və mütərəqqi cəhətləri özündə toplayan bir ideyanı ifadə edir. Lakin turk olmayan da düşmən deyil düşüncəsi mövcuddur, bütün xalqları özəlliyi və keyfiyyəti ilə təsvir edir. “Yeddi gözəl” əsəri buna çox gözəl nümunədir. Nizamidən fərqli olaraq Firdosi “İran” olmayanı düşmən olaraq görür və tənqid obyekti yalnız türklər deyil, digər xalqlar da Firdosinin tənqid, bəzən isə hətda təhqir obyektinə çevrilir.
Nizami yaradıcılıgında dünyanın hər bir xalqı “göylərin” himayəsindədir. Xalqların hamısı unikaldır, özəlliyə malikdir və əvəzolunmazdır. “Yeddi gözəl” əsərində Hindistan gözəlini “Saturn” himayə etdir, Türküstan (Çin) gözəlini Günəş himayə edir, Slavyan gözəlini Mars himayə edir, Bizans gözəlini Yupiter himayə edir və himayədən kənarda qalan yoxdur. Nizami hər bir gözəlin tərifində təmsil etdiyi xalqın özəlliyini məhəbbətlə tərif edir, onların təkrarolunmazlıgını göstərir.
Yüksək səviyyədə söz sənətinə malik olan, poetik texnikadan ustalıqla istifadə edən Firdosi əsərinin ideolojı arxitekturası orta əsirlərdə diqqətdən kənar qalır. Əlbətdə ki, onun saglıgında sevilməməsi, şahnamədən başqa yazdıgı əsərlərinin (təbii ki, başqa əsərləri də olmuşdur…) qorunub saxlanılmaması ona olan ictimai münasibətin nəticəsi olmuşdur.
XX əsrin 20-30-cu illərində Pza Şah Pəhləvinin səyləri ilə Firdosi yaradıcılıgı yenidən gündəmə gəlir və “Paniranizm” ideologiyasının əsasını qoyur. Bundan fərqli olaraq Nizamidə “Panturkizm” və ya “Panturanizm” yoxdur.Firdosidən fərqli olaraq geniş mənada multikulturalizm var. Dünya xalqlarına sevgi var, dünya mədəniyyətinə ehtiram var və hammı üçün müştərək olan idrak prosesində fəth olunacaq yeksəkliklər var.
[1] Nizaminin türkcə divanı.
[2] Erkən taixdə
[3] Ferdowsi, Abul-qasem. Mausoleum / Shahbazi A. S.[en] // Encyclopædia Iranica : [англ.]. — 1999. — Vol. IX, Fasc. 5. — P. 524—527.
[4] Бартольд В. В. Работы по истории и филологии тюркских и монгольских народов / В. В. Бартольд; Подгот. к изд. С. Г. Кляшторный; Отв. ред. А. Н. Кононов. — Перепеч. с изд. 1968 г. — М.: Вост. лит., 2002. — 757 с. — (КОВ: Классика отеч. востоковедения: Осн. в 2001 г.). — ISBN 5-02-018339-3 (в пер.). стр. 79
[5] Шукуров Р. М., Шукуров Ш. М. Центральная Азия (опыт истории духа) / ИВ РАН Отдел сравнительного культуроведения. — М.: Центр стратегического планирования Оренбургской области., 2001. — 256 с. (в пер.). — с. 39
[6] Малов С. Енисейская письменность тюрков.— М-Л., 1952 — с. 21. https://st-0.akipress.org/st_bilimlib/2/5a0c6b61fb609c531a3c5adc527cc8bb4ea0b11a.pdf
[7] Gökalp Ziya, Türkçülüğün Esasları, s.: 25.
Şərhlər bağlıdır.