Belçikada həbsdə olan iranlı casus Əsədullah Əsədinin məhbusların mübadiləsi çərçivəsində İrana geri qaytarılması nəzərdə tutulmur.
Belçika Məhkəməsinin yaydığı məlumatda bu barədə bildirilib:
– “Bu yalan danışmaqda peşəkarlaşan İran hökumətinin növbəti yalanıdır”, – bəyanatda qeyd olunub.
Xatırladaq ki, İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi İslam Respublikasında həbsdə olan belçikalı Olivye Vande Kastelin azadlığı qarşısında Əsədullah Əsədinin ölkəyə qaytarılacağını iddia etmişdi.
Qeyd edək ki, İranın casus-diplomatı Əsədullah Əsədi üç nəfərlə birlikdə 2018-ci ildə Parisdə İran Xalq Mücahidləri Təşkilatının mitinqini bombalamağa cəhddə ittiham olunur. Belçikada birinci instansiya məhkəməsi 2020-cı ilin fevralında Əsədulla Əsədini 20 il həbsə məhkum edib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.