GÜNEY AZƏRBAYCANIN 4 ŞƏHƏRİNDƏ ETİRAZLAR BAŞLAYIB

Aksiyalar dəmir yolu və tibb işçiləri tərəfindən təşkil edilib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, Zənganın dəmir yolu işçiləri, Qəzvin və Təbrizin tibb işçiləri əmək haqlarının az olmasına və qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalanmasına etiraz ediblər.

Bununla yanaşı Xiyav (Meşkin) şəhəri Tibb bacısı və Təcili Tibbi Yardım Fakültəsinin tələbələri də etirazlara başlayıb.

Onlar təhsil şəraitindən və tələbələrə verilən yeməklərin keyfiyyətsizliyindən narazıdır.

Şərhlər bağlıdır.