QƏZVİN, ƏRDƏBİL VƏ CULFADA AZƏRBAYCANLI MÜƏLLİMLƏRİN ETİRAZ TOPLANTISI

İki gün əvvəl Qəzvin, Ərdəbil və Culfa şəhərlərində bir qrup azərbaycanlı müəllim tələblərinin nəzərə alınmamasına etiraz olaraq təhsil binası qarşısında etiraz aksiyası keçirib.

Müəllimlərin əsas dolanışıq tələbləri bunlardır: İşləyən və təqaüdə çıxanlar üçün qanunun ciddi şəkildə icrası, ilkin fərmana əsasən müəllimlərin reytinqinin ciddi şəkildə tətbiqi, Konstitusiyanın 30-cu maddəsinin icrasına qayıtmaq, xüsusilə də qız öyrəncilərin keyfiyyətli təhsil və məktəb təhlükəsizliyinin təmin edilməsi və həbsxanada olan bütün fəalların qeyd-şərtsiz azadlığa buraxılması.

Etiraz üçün toplananlar etirazçı öyrənci və müəllimlərin həbs edilməsini pisləyib və onların dərhal azadlığa buraxılmasını tələb rediblər.

Bununla yanaşı aylardır məktəblərdə davam edən qız öyrəncilərin zəhərlənməsinə və bunun qarşısının alınmamasından narazılıqlarını ifadə ediblər.

İranda son bir neçə aydır davam edən etirazlarda minlərcə vətəndaş tutulub və yüzlərcəsi öldürülüb. Etiraz aksiyaları sonrası qiz məktəblərə edilən hücumlara qarşı hələ heç bir tədbir görülməyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.