Mayın 14-ü günorta saatlarında İranın Sistan və Bəluçistan əyalətində SEPAH məmurları ilə etnik bəluçlar arasında silahlı qarşıdurma olub.
Bəluç fəalları olayla bağlı sosial media kanallarında xəbər və videolar paylaşıb.
Məlumata görə, əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurmada 3 SEPAH üzvü və iki bəluç ölüb, bir neçə nəfər isə yaralanıb.
Öldürülən bəluçların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib.
Hadisənin təfərrüatı barədə geniş məlumat verilmir.
Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.
Əyalətin polis rəisi Dostəli Cəliliyan isə silahlı qarşıdurmanın baş verməsini təsdiq edib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini söyləyib.
O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib, lakin tərəflərin insan itkisi barədə heç nə deməyib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.