Zəncanlıların ən çox xoşladığı oğlan adı – Ayxan

“Cari ilin (İran təqvimi ilə mart ayından iyuladək) ilk 5 ayında yenidoğulmuş
oğlanlar üçün ən çox seçilən adlar sıra ilə Ayxan, Əmirabbas, Əmirəli, Hüseyn
və Əmirhüseyn olub”, – deyə VVAQİ-nin sədri Mehdi Jaləçian açıqlama verib.

 

“Habelə yenidoğulmuş qızlar üçün sıra ilə Fatimə, Mahlin, Zəhra, Reyhanə və
Aysan adları daha çox seçilib. Həmin müddətdə Zəncan əyaləti üzrə 5 min
701 körpə doğulub”, – Jaləçian İranın IRNA dövlət xəbər agentliyi ilə
müsahibəsinin davamında qeyd edib.
Onu da bildirək ki, güney azərbaycanlılarda milli kimliyin müəyyənləşdirilməsi
üçün körpələrə Azərbaycan adlarının, o cümlədən müasir hesab olunan
Ayxan, Aysan, Elin, Elşən və tarixçəsi əski çağlara söykənən Telnaz,
Bağdagül, Tərlan kimi adların körpələrə qoyulması çox önəmli rola malikdir.
Məhz buna görə İranın hakim dairələri güney azərbaycanlılarda xalq kimi
müstəqil atribut oluşduran belə bir kimliyin formalaşdırılmasının qarşısını
almaq məqsədilə İranın VVAQİ-lərinə birbaşa rəsmi təlimat verib.

Şərhlər bağlıdır.