ADF üzvlərinə, tərəfdarlarına və güney Azərbaycan milli hərəkatının bürün üzvlərinə.
Dostlar,
Son zamanlar Azərbaycan Demokrat Firqəsinin adından “plenumlar” keçirilir, Mərkəzi komitə
adından bəyanatlar verilir və bir çox hallarda savadsız, ADF üslubundan uzaq, fars dilində və mənası
anlaşılmayan mətnlər sosial mühitə daxil edilir.
Diqqətinizə çatdırırıq ki, ADF və onun bütün Ali orqanları öz fəaliyyətlərini sürdürməkdədir, heç bir
təşkilati ixtilafı yoxdur və “Azadlıq, ədalət, milli hökumət” şuarından irəli gələn vəzifələrini yerinə
yetirməkdədir.
ADF-nin siyasi mühacirət həyatı təxribatlarla mübarizə tarixidir. Firqəçilərin təqib, təxrib, həbslıri
və edamları haqqında bütün xalqımız məlumatlıdır. Milli azadlıq yolunun şəhadət məktəbini böyük
rəhbərimiz S.C.Pişəvəri qoydu və minlərlə firqəçi bu yolu davam etdirdi.
ADF-nin təxrib edilməsində mənfur Pəhləvi rejimi kimi İran molla rejimi də yarışa girmiş,
sıralarımızı pozmaq, daxili təxribatlar törətmək, siyasi, ideolojı, mədəni və fiziki hücümlarını daim
gücləndirmək istiqamətində səylərini də bilirik.
Şanlı mübarizə tariximizdə xalqımızın maarifləndirilməsi, Milli hüquq və azadlıqların tələb
edilməsi, “Azadlıq, ədalət, milli hökumət” şuarlarının təbligi ilə yanaşı ADF daima İran faşıst
hökumətinin təxribatlarına müqavimət göstərməyə məcbur olub.
Güney Azərbaycanda bu gün də “mən firqəçiyəm” demək təhlükəlidir. Odur ki, ADF-nin ali
orqanları firqə adından danışmaq, bəyənat vermək, yeni şuarlar irəli sürmək və başqa, fərqli
özfəaliyyətlərə icazə vermir. ADF kadrları həm ölkə daxilində, həm də xaricdə (mühacirətdə) milli
fəal olaraq fəaliyyət göstərməkdədirlər. ADF-nin rəhbər kadırları içərisində “Məhəmməd Mutuza”
adlı şəxs yoxdur və olmayıb.
ADF üzvu olmaq vəsiqəsini göstərərək lovgalanmaq, Firqə tarixinə kölgə salmaq, ADF-nin fədakar
rəhbərlərini təftiş etmək deyil, Milli azadlıgımız yolunda fədakarlıga hazır olmaq lazımdır.
ADF MK-nın Siyasi Heyyət
Şərhlər bağlıdır.