GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN MİLLƏTƏ MÜRACİƏTİ

 

GÜNEY AZƏRBAYCANDA KÜTLƏVİ TUTUQLAMALARLA BAĞLI ABBAS LİSANİNİN
MİLLƏTƏ MÜRACİƏTİ
Tanrı adıyla
Böyük Azərbaycan Türk Milləti və milli fəallar!
Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına
uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki aləti yalnız qılınc idisə, indi
İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə
əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər
ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din
adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də
anbaan dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli-insani
hüquqlara qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı-arası kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə
baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı
oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürürlər.
Güney Azərbaycanda azadlıq döyüşçüləri gündən-günə çoxalır. Özəlliklə
azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəmlə fars faşizminə qarşı
mübarizə etməkdədir. O gənclər sarsılmaz ümidləri və tükənməz milli iradələrilə
Azərbaycan Milli Hərəkatını uca saxlayırlar. Ancaq, fars şovinizmi bu gerçəkliyi
basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən son zamanlar Azərbaycan milli
fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani
haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün
tutuqlu məhbuslardan hər cürə himayə etmək Azərbaycan Türk Millətinin və
onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman
olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə, Təbrizdə bir
araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə
toplanmanı məqsədəuyğun görüb də istədikləri vaxt və yerdə Təbriz şəhərində
bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak
etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin,
yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və
kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına,
xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq
istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa,
meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarilə millət fədaisi
kimi, gerçək meydanlarda güc göstərmək məhbusların azadlığı və Azərbaycanın
azad olması üçün təkcə hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə
tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən
qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə,
zindanlarda işgəncə altında olan milli aktivistlərin azad olunması üçün milli
fəalların meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.
Abbas Lasani

Təbrizin mərkəzi zindanı önündə tutuqluların valideynləri və yaxınları

Şərhlər bağlıdır.