“Hüseyniyyun” terror təşkilatının başçısı Tohid İbrahimbəyli İran rəsmiləri tərəfindən mükafatlandırıldı.
Ermənipərəst siyasi şərhçi Ehsan Movəhhediyan “X” hesabında İrandan idarə olunan və Azərbaycana qarşı davamlı təhdidlər yağdıran “Hüseyniyyun” terror təşkilatının rəhbəri Tohid İbrahimbəylinin rəsmi mərasim zamanı İranın hərbi_rəsmiləri və dinxadimləri tərəfindən göstərdiyi “xidmətlərə” görə mükafatlandırıldığına dair video paylaşıb.
“Bəsic qüvvələrinin komandiri “Azərbaycan – Hüseyniyyun” İslam Müqavimət Hərəkatının başçısı Tohid İbrahimini mükafatla təltif edib”,- deyə o, yazıb.
“Hüseyniyyun” terror təşkilatının başçısını İran rəsmiləri mükafatlandırdı
Şərhlər bağlıdır.